Rusiyalı nazir: Əminik ki, “Vostok” gəmisinin ekipajı sağdır
Azərbaycanı təmsil edən fiqurlu konki sürənlər Aleksey Sitnikov – Yuliya Zlobina cütlüyü ölkəmizi Qış Olimpiya Oyunlarında təmsil etməkdən imtina edib
Yenixeber.org: Bu barədə Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyev xəbər verib. O bildirib ki, həmin rusiyalı idmançılar millimizi təmsil etməkdənsə, daha çox pul verilən şoularda iştirakı daha üstün tutublar:
“Bizi ötən Qış Olimpiadasında təmsil etmiş Aleksey Sitnikovla Yuliya Zlobina şoularda çıxış etməyi üstün tutdular. Rusiya, İngiltərə, ABŞ kimi ölkələrdə fiqurlu konkisürmə üzrə şoular keçirilir. Belə şoularda bir çıxışa görə 1000 dollar verilir. Bu cür şoular ayda bir neçə dəfə keçirilir.
Bizdə isə onlara məşqçilərlə, qalmaq, qidalanmaq xərcləri ilə birgə ayına 10 min dollar verirdik. Həm də onlar ötən Soçi Olimpiadasında bizi təmsil etdikdən sonra tanındılar. Avropa çempionatında VI, dünya birinciliyi və Olimpiadada XII yeri tutduqdan sonra məşhurlaşdılar və onlara belə şoulardan təkliflər gəlməyə başladı. Onlar da bizdə şərait olmadığından, Bakıda məşq keçmirdi. ABŞ-da, Rusiyada məşqlərini edirdilər. Ona görə də elə ABŞ-da qalıb şoularına davam etdilər”.
Son iki Qış Olimpiadasında – Vankuver-2010-da Azərbaycanın bayraqdarı olmuş Fuad Quliyev bu dəfə cəmi bir idmançı ilə ölkəmizin təmsil olunmasını bu cür əlaqələndirib:
“Bizdə onsuz da yerli idmançılar yox səviyyəsindədir. ABŞ, Rusiya, Ukrayna, Belarus kimi ölkələrdən legionerlər gətiririk. Onların da əksəri yığmadan ayrılıb. Bu üzdən gənc legionerləri heyətə cəlb etmişik. İnşallah, 2022-ci ildə onlar Azərbaycanı təmsil edəcək. Bildiyiniz kimi, builki bayraqdarımız isə Azərbaycanı təmsil edən yeganə idmançımız – avstriyalı xizəksürən Patrik Braxner olacaq. O, ötən Olimpiadadan yığmamızda qalanlardandır”.
Qeyd edək ki, Azərbaycan Qış Olimpiya Oyunlarında 1998-ci ildən təmsil olunur. Naqano-1998-də Azərbaycan adından 4, Solt Leyk Siti-2002-də 4, Turin-2006-da 2, Vankuver-2010-da 2 və Soçi-2014-də 4 idmançı çıxış edib. Azərbaycan Qış Olimpiadasında yalnız dağ xizəyi və fiqurlu konkisürmədə təmsil olunub.