Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısı hadisə yerində- 67 ailə Bayıldan köçürüldü

 

İcra başçısı hadisə yerində

 

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə sahəsində yaşayan sakinlərin  köçürülməsinə başlanılıb.
 
Yenixeber.org: Məlumata görə, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün əraziyə baş çəkərək sakinlərlə görüşüb.

İcra başçısı baş nazirin müavini Abid Şərifovun tapşırığına əsasən, əhaliyə göstəriş verib ki, təhlükəsizlikləri üçün evlərində gecələməsinlər.

Məlumata görə, artıq 67 ailə sürüşmə zonalı ərazidən köçürülərək qohumlarının evlərinə və 49 saylı orta məktəbə yerləşdiriliblər. 

 

Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam