Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakının bəzi rayonlarında suda bakteriya tapılıb-Statistika

 

Bakının bəzi rayonlarında suda bakteriya tapılıb-Statistika
Want create site? Find Free WordPress Themes and plugins.

Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktorun təşkili məsələləri üzrə müavini Ağaxanım Əliyeva deyib.  
Yenixeber.org: Götürülmüş su nümunələrinin laborator müayinələri zamanı bakterioloji göstəricilərə görə standartların tələblərindən kənara çıxma halları 3,7% olub: “Bakı əhalisini içməli su ilə təchiz edən Kür, Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Şollar və Xaçmaz su təchizatı kəmərlərindən götürülən 75 su nümunəsində bakterioloji göstəricilər üzrə 2,6%, sanitariya-kimyəvi göstəriciləri üzrə 5,3% normalara uyğun olmayan nümunələr təkrar götürülən müayinələrdən sonra normalara uyğun olub. Mərkəzi su anbarları və nasos stansiyalarından götürülən 1264 su nümunəsinin 1,6%-i bakterioloji, 1,1%-i sanitariya-kimyəvi göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib”.
Qurum təmsilçisi qeyd edib ki, qeyri-kafi nəticələrlə əlaqədar “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən dövlət standartlarına uyğun olmayan nəticələr üzrə operativ tədbirlər görülüb və təkrar müayinələrin nəticələri norma səviyyəsində olub.

Qeyd edək ki, “Bu ilin 11 ayı ərzində 56 şəhər və rayondan götürülmüş 484 su nümunəsi fiziki-kimyəvi göstəricilərinə görə normaya uyğun olub”.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam