Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

6 KÖÇKÜN AİLƏSİNİN EVİ DAĞIDILIR-ƏDLİYYƏ NAZİRİNİN MÜAVİNİ AZƏR CƏFƏROVUN ADI HALLANIR

36 NƏFƏRDƏN İBARƏT 6 KÖÇKÜN AİLƏSİNİN EVLƏRİNİ MƏMURLAR DAĞIDIR- BU İŞƏ ƏDLİYYƏ NAZİRİNİN MÜAVİNİ AZƏR CƏFƏROVUN RƏHBƏRLİK ETDİYİ BİLDİRİLİR
36 NƏFƏRDƏN İBARƏT 6 KÖÇKÜN AİLƏSİNİN EVLƏRİNİ MƏMURLAR DAĞIDIR- BU İŞƏ ƏDLİYYƏ NAZİRİNİN MÜAVİNİ AZƏR CƏFƏROVUN RƏHBƏRLİK ETDİYİ BİLDİRİLİR


YƏDULLA CÜMŞÜDOV: “BU İŞƏ ƏDLİYYƏ NAZİRİNİN MÜAVİNİ AZƏR CƏFƏROVUN RƏHBƏRLİK ETDİYİ BİLDİRİLİR ”
Yenixeber.org: BMM-də mətbuat kofransı keçirən 36 Nəfərdən ibarət 6 məcburu köçkün və qacqın ailəsi təhlükə ilə üzləşiblər. Cümşüdov Yədulla Fətulla oğlu tədbirdə çıxış edərək bildirdi ki, 1993-cü ildə Qubadlı rayonun Ballı qaya kəndindən işğalçı Erməni təcavüzü nəticəsində köçkün düşmüşük. Qeyd edək ki, Cümşüdov Yədulla Fətulla oglu və 36 nəfərdən ibarət ailə üzüvləri Sumqayıt şəhərinə pənah gətirmiş şəhərin bağ ərazisində, hal-hazırda 20-21-ci mikrorayon deyilən yerdə çadırlar qurmuş və bir müddət yaşamışlar. 1994-cü ildə Seyidqulu Muradov əraziyə gələrək, bu yer 1975-ci ildə mənim olub demişdir. Halbuki həmin əraziyə 1985-ci ildə verilmiş icarə müqavilələri bitmiş . Və icarə haqqı mqaviləsi ləğv edilmisdir. 1994-cu ildə Cümşüdovlar ailəsi oz halal zəhməti ilə həmin ərazidə evlər tikdirmişlər. 2004-cü ildə Sumaqayit bələdiyyəsindən alqı- satqı yolu ilə hər 6 sotuna 1milyon beş yüz min manat olmaqla qanuni şəkildə 4 nəfər vətəndaş arasında alqı-satqı müqaviləsi bağlanmış və rüsumlar ödənilmişdir. Yədulla Cümşüdov bildirir ki, 24 il keçəndən sonra Elcin və Elvin Mübarək oğlu Əhmədov qardaşları meydana cixaraq bu yer babamızın olub bizə qaytarmalısiz kimi saxta iddialarla çıxış etmişlər. Aparılan araşdırmaya görə, bu dələduzların Seyid Qulu Muradovla heç bir əlaqəsi yoxdur, sadəcə olaraq Seyid Qulu Muradova hədə-qorxu gələrək bildirmişlər ki, sən səsini cıxarma biz arxmızda duran məmurun köməyi ilə həmin əraziləri köçkünlərdən aldıqdan sonra, satıb hamımız oz payımızı götürəcəyik. Nəhayət Seyidqulu Muradov vəfat edir. Ən dəhşətli hal odur ki, 4-5 ay bundan əvvəl dunyasını dəyişən Seyidqulu Muradovun dəfnindən bir gün keçəndən sonara, sabahısı həmin qardaşlar reyistr xidmətindən torpağa saxta cıxarış sənədi almışlar. Qəribə burasındadır ki, onların etibarnaməsi olmadğı halda reyistr xidmətindən bu dələduz qardaşlara sənədin cıxarışı təqdim edilmişdir. Beləliklə bu mübahisə məhkəmə çəkişməsinəcən uzandı. Nəhayət, iş Sumqayıt məhkəməsinə verildi. Mübahisəli məsələ ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tərənə Mahmudovanın istiraki ilə əraziyə baxış kecirilmiş, köçkünlərin qanuni şəkildə torpaga sahib olduğu məhkəmə tərəfindən təsdiq edilmişdir. Bununla da Hakim Tərənə Mahmudova qarşı tərəfin iddiasını rədd etmişdir.Qərarla razılaşmayan həmin dələduzlar Seyidqulu Muradovun adından Apelyasiyaya sikayət etmişlər. Apelyasiya məhkəməsinin hakimi Telman Quliyev əraziyə baxış keçirmədən və məhkəmədə köçkünlərin iştrirakı təmin olunmadan dələduzların xeyrinə qətnamə qəbul etmişdir. Məcburi köçkün Cümşüdov Yədulla Fətulla oglu Sumqayıt Apelyasiya məhkəməsinin qanunsuz qərarından Ali məhkəməyə kassasiya şikayəti vermişdir. Bu arada İşə baxılması hakim Qürbət Əsgərov əvalə edilir. Hakim Qürbət Əsgərov işlə tanış olandan sonar məcburi koçkünlərə birmənali şəkildə bildirmisdir ki, Apelyasiya məhkəməsi düzgün qətnamə cıxarmayıb. Dələduzlar Hakim Qürbət Əsgərovun ədaləti bərpa edəcəyini hiss edib arxalarında dayanan məmurun (Ədliyyə nazirinin müavini general Azər cəfərov)köməyi ilə məhkəməyə 11 gün qalmış Qürbət Əsgərovu prosesdən uzaqlaçdırmağa nail olurlar. Və prosesə baxılması üçün Tatyana Qoldman təyin olunur. Beləliklə Ali məhkəmədə də haqq işi boğulmuş, yeni təyin olunan hakim də Apelyasiyanın qərarını qüvvədə saxlamışdır. Məcburi köçkünlər Ali məhkəmənin qərarından Konstitusiya məhkəməsinə müraciət etmiş, Konstitusiya məhkəməsi isə 4 aydan sonar biz mülki işə baxmırıq deyə işi geri qaytarmışlar. Bundan sonra məcburi köçkünlərin qara günü başlamışdır. Ədliyyə nazirliyinin icra bas idarəsinin rəisi general Nurəddin Mustafayevin əmri ilə Sumqayıt səhər icra söbəsinin məmurları noyabırın 30-da qaçqınların yaşadığı əraziyə gələrək buranı tərk edin deyə bir neçə gün vaxt vermişlər. Bildirək ki, Ümummilli lider Heyder Əliyevin 1994-1998-ci ildə verdiyi sərəncama görə, məcburi köçkünü məskunlaşdığı yerden, hətta şəxsi evdən belə cıxarmaq olmaz göstərişinə əməl etməyən bəzi məmurlar daha da irəliyə gedərək 36 nəfərdən ibarət 6 məcburu köçkün və qacqın ailəsinin zəhmətlə tikdiyi mülklərini sökdürmək istəyirlər. Yədulla Cümşüdov bildiri ki, bu işdə yalnız ölkə başçısı İlham Əliyev və Birinci Vitseprezident Mehriban xanım Əliyeva onlara köməklik göstərə bilər. Əks halda yaşadıqları mülklərini əllərindən alıb onlara ikinci dəfə didərginlik həyatını yaşadacaqlar. Məcburi koçkünlər, bu ağır günlərində ölkənin 4-cü hakimyyəti sayılan kiv-ə müraciət edərək onların vastəsi ilə ölkə başçısına və onun xanımına müraciət ünvanlayırlar. Həmin ərazidə yaşayan 36 nəfərdən ibarət 6 köçkün ailəsi qışın bu soyuq çağında hara və kimə üz tutacaqlarını bilmirlər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam