Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Natiq Əliyev” və “Bozdag” tankerlərinə həbs qoyuldu

 

 

 

Rusiyanın “Lukoil” şirkətinin törəmə şirkəti olan “Litasco” Mübariz Mənsimovun “Palmali Shipping” şirkətinə məxsus iki neft tankerini həbs edib.

Yenixeber.org: Tankerlərdən birinə Danimarkanın “Aalbaek Bay” limanında bir neçə gün əvvəl həbs qoyulub. Digər tanker isə Estoniya limanlarından birində saxlanılıb. Tankerlərin “Litasco”ya olan bunker ödəmələri borcuna görə həbs edildiyi bildirilir. Danimarka limanında saxlanılan tanker Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin adını daşıyır. Estoniya limanında saxlanılan isə 2002-ci ildə inşa edilən “Bozdag” tankeridir.

“Litasco” şirkəti tankerlərə həbs qoyulmasını şərh etmir. Danimarka limanında saxlanılan tankerin ekipajı 12 nəfərdən ibarətdir və onlar Rusiya vətəndaşlarıdır.

Bu ilin əvvəllərində məlum olmuşdu ki, Mübariz Mənsimov “Litasco” şirkətinin əleyhinə London məhkəməsində iddia qaldırıb və 2 milyard dollar təzminat tələb edir. Mənsimov bildirir ki, “Lukoil” “Palmali” şirkəti ilə neftin daşınmasına dair 10 illik müqavilə bağlayıb. Lakin daha sonra müqaviləni pozub və onun şirkətini milyardlarla dollar zərərə salıb.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam