Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərsu” generalların restoranlarını sökdürə biləcəkmi?– Reportaj/Fotolar

Yenixeber.org: Bakının məşhur şadlıq evlərinin su-kanal xətlərinin mühafizə zolağında inşa edilməsinə görə sökülməsi gündəmə gəlib.

Artıq “Azərsu” tərəfindən “Neolit” və “Qızılqaya” restoranlarının sökülməsi üçün iddia məhkəməyə təqdim olunub.

► “Ay işığı”, “Xəmsə”, “Sarı gəlin”…

Hazırda 121 obyektin işinə məhkəmədə baxılır. Əlavə 60 obyektlə bağlı sənədlər isə hazırlanıb bu yaxınlarda məhkəməyə təqdim olunacaq.

Siyahıda “Ay işığı”, “Xəmsə”, “Sarı gəlin”, “Xarı bülbül”, “Xan qızı”, “Yeddi gözəl” kimi restoranlar da var.

Bu restoranlar paytaxtın Nizami rayonu Mikayıl Əliyev və Bəkir Çobanzadə küçələrində yerləşir.

Amma şəhərin məşhur şadlıq saraylarının söküləcəyi haqda məhkəmələrin qətnamə çıxaracağı ehtimalı azdır. Əvvəla, bu şadlıq evləri 10-15 il qabaq tikilib.

Onların tikintisinə böyük məbləğdə vəsait xərclənib. Bundan sonra şadlıq evlərinin sökülüb başqa ərazidə tikilməsi ağır prosesdir.

Eyni zamanda iddianı qaldıran “Azərsu” şadlıq evlərinə təzminat ödəməlidirlər. Dövlət qurumu isə həmin obyektlərə büdcədən pul xərcləməz.

İkinci mühüm detal isə adıçəkilən şadlıq evlərinin yüksək ranqlı məmurların nəzarətində olmasıdır. Bu məşhur restoranlar generalların, nazirlərin, ayrı-ayrı məmurlarındır.

Həmin vəzifəli şəxslərin adları bizə də, ictimaiyyətə də gün kimi aydındır və ad çəkməyə hacət qalmır. Ona görə də “Azərsu” ASC-nin məhkəmə iddialarının perspektivi gözlənilmir.

► Tıxac və təhlükə

Hərçənd, sözügedən şadlıq saraylarının sökülməsi sürücülərin də ürəyincədir. Onlar “Azərsu” ASC-nin mövqeyini bölüşürlər.

Təkcə o obyektlərin su-kanal xətlərinin mühafizə zolağında yerləşməsi və təhlükə yaratması yox, həm də tıxaclara səbəb olmalarına görədir.

Söhbətləşdiyimiz sürücülərin AzEuroNews.coma dediyinə görə, hər axşam adıçəkilən restoranların qabağında avtomobillər iki zolaq düzülürlər.

Əsasən də “Neolit”, “Altun saray”, “Meridian”, “Xarı bülbül” və s. restoranların qabağında nəqliyyatın sıxlığı yarnaır.

Sürücülər deyirlər ki, axşam saatlarında “Neolit”ə gələnlər maşınlarını iki zolaq yolun hərəkət hissəsində saxlayırlar. Bu isə qanunsuzdur və yol hərəkət qaydasını pozmaqdır.

Amma nə restoranların rəhbərliklərinə irad tutulur, nə də maşınlarını saxlayanlar cərimələnir.

Sürücülər bildirirlər ki, M.Əliyev küçəsində yol hərəkəti tənzimlənmirsə, restoranların yolu avtoparka çevirməsinə göz yumulursa, o halda onların sökülməsi ümumiyyətlə nonsens görünür.

Qeyd edək ki, təkcə Bakıda 200-dən çox, Abşeronda 47 kommersiya obyekti, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində inşa edilib.

Bu restoranlar “Azərsu”nun 1000-1200 diametrli yüksək təzyiqli magistral su kəmərlərinin üstündə tikilib.

“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qafqazinfo.az-a demişdi ki, son beş ildə mühafizə yerlərinin yaxınlığında ev və ya obyekt tikilməsinə onlar tərəfindən icazə verilmir.

Onun sözlərinə görə, müvafiq siyahını hazırlayıb hökumətə təqdim ediblər: “Sabah qəza baş verəcəyi halda onu necə aradan qaldıracağımız müşkül məsələyə çevrilib. Hətta qəza insan təlafatı ilə də nəticələnə bilər”.

 Emil Salamoğlu/AzEuroNews.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam