Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

Sabunçuda qəribə olay- İcra hakimiyyəti evin qapısını bağladı - FOTO+ YENİLƏNİB

Sabunçuda qəribə olay

 

Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsi ilə Əli Kərimli küçəsinin kəsişməsində yerləşən üçmərtəbəli yaşayış binasında vətəndaşın evinə giriş qapısı bağlanılıb

 

Yenixeber.org: Sözügedən binadakı vəziyyətlə əlaqədar ərazidən fotolar çəkib. 

Fotolardan da aydın olur ki, 3 mərtəbəli yaşayış binasının yan-yana olan 3 qapısından biri sonradan bağlanılaraq, pəncərəyə çevrilib. 

Sakinlər bildirib ki, bir neçə il öncə Sabunçu rayon İcra Hakimiyyətinin göstərişi ilə binada olan qapılardan biri daşla hörülüb. 

“Həmin vaxtı binanın üzü təmir edilən zaman İcra nümayəndələrinin göstərişi ilə ustalar bura üzlük vurublar. Gördüyünüz kimi, ustalar binaya daş üzlükləri elə vurublar ki, bir vətəndaşın evinin girişinin yarısı bağlanılıb. Evin yiyəsi buna narazılığını bildirəndə, İcra nümayəndələri bildirdi ki, guya qapı binanın mənzərəsini öldürür. Əgər qapı binanın mənzərəsini öldürürsə, o zaman digər qapıları niyə saxlayıblar? Baxın, binanın bu tərəfində təkcə bu qapı deyil, əlavə bir neçə qapı var. Bəs necə olur ki, eyni tərəfdə olan digər qapılar binanın mənzərəsini pozmur, amma bu qapı pozur? Əgər biz də pul versəydik, o zaman bu qapı da hörülməyəcəkdi!”

***

10:31

Sabunçu rayonu Əli Kərim küçəsində qəribə hadisə baş verib.

Oxu.Az xəbər verir ki, bu küçədə yaşayış binalarına İcra Hakimiyyəti tərəfindən üzlük daşları vurulub.

Ustalar burada yaşayan bir sakinin evinin girişini yarıya kimi bağlayıblar.

Ev sahibi İcra nümayəndələrindən niyə belə addım atdıqlarını soruşanda isə aldığı cavabdan şoka düşüb.

Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələri həmin sakinə binanın giriş mənzərəsinin pozulduğunu və ona görə də qapını bağladıqlarını deyiblər.

Ona məsləhət görülüb ki,  arxa tərəfdən qapı açsın, buranı isə pəncərə kimi istifadə etsin.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam