Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Nazir müavini dedi ki, o rektora sorğu-sual yoxdur, necə istəsə…”– Pedaqoji Universitetdə qalmaqal

 

 

Pərvin Cəfərova 13 ildir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasında, ondan əvvəl isə 9 il Xətai rayonunda 55 saylı Körpələr evində işləyib

 

Yenixeber.org: 22 il pedaqoji staja malik olan müəllimə, universitetin Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Müseyib İlyasovun həyat yoldaşının xahişini həyata keçirmək üçün işdən çıxarılıb. Həm də bülletendə olduğu bir vaxtda…

Pərvin Cəfərova açıqlamasında özünü ixtisaslı kadr hesab etdiyini bildirib:

“Hələ aprel ayında “müəllimlərin öz yerinə seçilməsi” müsabiqəsi keçirilib. Seçki yolu ilə keçirilən müsabiqə qanunsuz olub. Onlar müsabiqəni fənn üzrə keçiriblər. Əslində isə müsabiqə qanunla, vəzifəyə görə keçirilməlidir. Prezidentin sərəncamları, Nazirlər Kabinetinin qərarları, Təhsil Nazirliyinin əmrləri bu seçkidə qətiyyən nəzərə alınmayıb. 51 bal yığmışam. Mənə təklif olundu ki, “gəlin ərizə yazın, orada xahiş edin ki, sizi bir illiyə keçirək”.

Deyilən ərizəni yazmadım. Sonra da xəstələndim, ayağımda problemlər var. Sentyabrın 11-dən mən bülletenə çıxmışam. Sentyabrin 14-də isə xəstə olduğum halda işdən çıxarılmışam. Cəfər müəllim bir ildir ki, özü müəyyən qanunlar tərtib edib.

Universitetdə baş müəllim vəzifəsini tuturam. Yerimə seçdikləri Fəridə müəllimə isə qeyri-ixtisasçıdır, coğrafiyanı bitirib. Kafedra müdiri Müseyib İlyasovun mənə münasibəti yaxşı olub”.

Pərvin Cəfərova iddia edir ki, Fəridə müəlliməni Müseyib İlyasov həyat yoldaşının istəyi ilə işlə təmin edib: “Fəridə müəllimə Müseyib İlyasovun qonşusu, eyni zamanda həyat yoldaşının işlədiyi məktəbin direktorunun qızıdır. Mən müdafiə eləmişəm, Fəridə isə hələ müdafiə eləməyib, bir illik stajı var”.

Pərvin Cəfərova işdən kənarlaşmasında birbaşa dekan Şəhla Əiyevanı ittiham edir:

“Məsələ ilə bağlı universitetin rəhbərliyinə dəfələrlə şikayət edilməsinə baxmayaraq, hələ də bir ölçü götürülməyib. Narazılığımı bildirdim. Müseyib İlyasov dedi ki, “hara istəyirsən şikayət elə, əsaslandır. Komissiya üzvləri ballar verib. Komissiya üzvləri kimlərdir? Müseyib müəllim həmin komissiyanın sədridir. Bu çirkin işlərin arxasında dekan Şəhla Əliyeva dayanır. Səs verən komissiya üzvləri Şəhla Əliyevanın əmrini icra edir.

Apellyasiya şikayəti verdik. Orada bizə dedilər ki, “narahat olmayın, məsələ araşdırılacaq”. Mənim dərsimə baxıldı. Onlar mənim müasir təlim texnologiyaları ilə dərs dediyimin şahidi oldular. Mən də nəyə görə balımın aşağı olduğunu soruşdum. Lakin mənə cavab verə bilmədilər”.

Qanunsuz işdən kənarlaşdırılan Pərvin Cəfərovanın son ümidi məhkəmə orqanlarıdır: “Təhsil Nazirliyində 3 dəfə olmuşam. Sonuncu dəfə isə nazirin müaviniCeyhun Bayramovun qəbulunda olduq. O, bizə bildirdi ki, “Cəfər müəllim kimi istəyir işə götürə bilər, ona sorğu-sual yoxdur. Dərsi yaxşı keçməsə belə, seçim onundu”.

Ona dövlət universitetinin dövlətin qanunları ilə işlədiyini xatırlatdım. Bizi eşidən yoxdur, hələ cavab gözləyirəm. Yeganə yol məhkəmə idi, artıq ona da əl atmışam. Hazırda iş Səbael rayon Məhkəmə orqanlarındadır”. (aznews.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam