Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda "üzən" avtobus– FOTO

Bakıda "üzən" avtobus

 

Bakıda sərnişin avtobusu çuxura düşüb

Yenixeber.org: Hadisə səhər saatlarında Mehdiabad - "Azadlıq prospekti" metrostansiyası istiqamətində hərəkət edən 155 nömrəli sərnişin avtobusu Binəqədi şosesinin Poladtökmə zavodu yerləşən hissəsində baş verib.

Bir neçə gün əvvəl yağan intensiv yağışlar nəticəsində yolda yaranan "göl"ə görə suyun altında qalan boşluğu görə bilməyən sürücü avtobusu çuxura salıb və oradan çıxara bilməyib. Hadisə şahidlərinin dediyinə görə, batan avtobusun sərnişinlər "Qazel" vasitəsilə yolun quru hissəsinə daşınıb.

Qeyd edək ki, sözügedən ərazidə hələ də vəziyyət eynidir. Havanın iki gündür yağmursuz keçməsinə baxmayaraq, ərazidə su çəkilmir, gediş-gəlişin asanlaşması üçün tədbir görülmür. Yolda bir neçə nəqliyyat vasitəsi qaldığına görə hazırda sürücülər alternativ yollardan istifadə edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam