Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Terror qlobal xarakter daşıyır":(ŞƏRH)

"Terror qlobal xarakter daşıyır":

 

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətində terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən araşdırmalar zamanı ölkə hüdudlarından kənarda silahlı münaqişələr, terror aktları törədən dini ekstremist, terror təşkilatına qoşulub həmin təşkilatdan maliyyə vəsaitləri qəbul etmiş Azərbaycan vətəndaşı Cavadov Yaşar Oktay oğlunun odlu silah və partlayıcı maddələr əldə etməsi, dövlət təsisatına hücum edərək terror aktı törətməyə hazırlıq hərəkətləri müəyyən edilib. 

Yenixeber.org: DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, faktla bağlı DTX-da başlanılmış cinayət işi üzrə 2017-ci il avqustun 27-də İsmayıllı şəhəri ərazisində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı Yaşar Cavadov saxlanılmasına silahlı müqavimət göstərərək xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara ictimai yerdə odlu silahdan atəş açıb, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.

Axtarışlar zamanı xaricdə fəaliyyət göstərən terror təşkilatının maliyyələşməsi prosesinə aid, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilib.

Ümumiyyətlə son aylarda DTX tərəfindən terrorçulara qarşı keçirilən əməliyyatların sayında artım müşahidə olunur. Son bir neçə ayda qurum Azərbaycanın təhlükəsizliyi üçün təhdidə çevirilmiş şəxslərə qarşı bir neçə əməliyyat keçirilib və bu barədə ictimaiyyətə məlumat verilib.

Uzun illərdir ki, sabitliyin hökm sürdüyü, regionun əksər ölkələrindən fərqli olaraq terror təhlükəsinin olmadığı Azərbaycanda nə baş verir? Bu əməliyyatlar Azərbaycanın terrorçuların hədəfinə çevirilməsini deməyə əsas verirmi?

Bu suallarla müraciət etdiyimiz milli təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər bildirdi ki, terror qlobal xarakter daşıyır və onunla qlobal müstəvidə mübarizə aparmaq lazımdır: 

"Terror tərtib səviyyəsi illərdir Azərbaycana qarşı güclənib və keçirilən əməliyyatlar da bunun göstəricisidir. Təkcə bu əməliyyatlar deyil, beynəlxalq terror təşkilatlarının sırasında xaricdə vuruşanlar barəsində Azərbaycanda həbs tədbirlərinin həyata keçirilməsi, aparılan məhkəmə prosesləri, eyni zamanda bəzi terrorçuların neytrallaşdırılması istiqamətində görülən işlər ölkədə terror təhdid səviyyəsinin yüksəldiyini göstərir. Bu səbəbdən Azərbaycanın xüsusi xidmət orqanları terrora qarşı profilaktik tədbirləri artırmalı, eyni zamanda beynəlxalq əməkdaşlığı gücləndirməlidirlər. Çünki terrorla mübarizə qlobal bir məsələdir və onunla mübarizə qlobal müstəvidə aparılmalıdır".

Sülhəddin Əkbər Azərbaycanda baş verən son proseslərin hansısa bir tərəfin sifarişi əsasında olduğuna inanmadığını da bildirib:

"Azərbaycana məqsədyönlü terror hücumlarının başladığını düşünmürəm. Ona görə də, məncə hələlik burada hər hansısa bir tərəfin sifarişindən və ya əmrindən söhbət getmir".

Çingiz Səfərli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam