Şamaxı rayon sakini Baş prokurora müraciət etdi:"Pulum və torpağım əlimdən alınıb"
Yenixeber.org: Redaksiyamızın elektron ünvanına Şamaxı rayon, Avaxıl kənd sakini Lətifov Telman Gülverdi oğlu tərəfindən Baş prokuror cənab Zakir Qaralova şikayət məktubunun sürəti daxil olub. Vətəndaş daha sonra Daxili İşlər Naziri cənab Ramil Usubova və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Mədət Quliyevə müraciət edir. Məktubu olduğu kimi ixtiyarınıza veririk:
Cənab Baş prokuror !
Ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində qəti addımlar atılmış, güclü hüquqi baza yaradılmışdır. Tam əminliklə söyləmək olarki, bu gün Azərbaycan dövləti bütün sahələrdə vətəndaşların hüquqlarının qorunmasına ən yüksək səviyyədə təminat verir. Lakin, təəssüflər olsun ki, bir çox məmurlar öz vəzifə səlahiyyətlərindən istifadə edərək bəzən qanunları tapdalamaqdan belə çəkinmirlər. Bu isə öz növbəsində vətəndaşların hüquqlarının pozulması ilə müşayiət olunur. Başıma gətirilən müsübətlər haqqında qısa da olsa məlumat vermək istəyirəm. Sivil dövlətdə ölkə vətəndaşının ölümlə hədələnməsi ən azından dövlət qurumları tərəfindən qəbul edilməməlidir. Elə bu üzdən sizlərə üz tutub işin düzgün araşdırılması və birbaşa nəzarətinizə götürməyinizi səbirsizliklə gözləyirəm.
Əvvəllər tanıdığım Aqil adlı şəxs məni ölümlə hədələyərək 10.000 manat pulumu və 80 ha torpağımı əlimdən alıb. Dəfələrlə avtoritetlər tərəfindən yaşadığım ünvandan çıxarılıb hədələnmişəm. Mənə qarşı törədilmiş qrup şəkilində dələduzluq cinayət əməli ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Şamaxı RPİ-dən mənə zəng olunaraq idarəyəgəlməyimi tələb etdilər. Mən də dərhal polis idarəsinə getdim. Şikayətçi olduğum Aqil adlı şəxsidə dəvət etmişdilər. Lakin Aqil çağırışa məhəl qoymayaraq polis idarəsinə deyil, tanımadığım iki nəfər şəxslə yaşadığım ünvana gəldi. Məni evdən çağırıb təcili şikayəti geri götürülməsini qarşıma şərt qoydular. Şikayəti geri götürülmədiyi təqdirdə mənə və ailə üzüvlərimə xəsarət yetirəcəklərini , hətda mənim başıma güllə vuracaqlarını və mübahisəli torpaqda basdıracaqlarını dedilər.
Cənab Baş prokuror!
Etdiyim şikayətdən sonra mənə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Kamil adlı şəxs zəng edərək, BMCMİ-yə gəlməyimi tələb etdi. Səhəri gün mən çağırılan ünvana yəni, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yola düşdüm. Əlimdə olan səs yazılarını maddi sübüt kimi Kamil müəllimə təqdim etdim. Araşdırmalar zamanı məlum oldu ki, Aqil adlı şəxs mənim üzərimə avtoritet gətirərək məni ölümlə hədələyib. Mənə qarşı törədilən ağır cinayət əməlləri olduğu halda iş materialını Şamaxı rayon məhkəməsinə göndərəcəklərini və işin mülki olduğu barədə mənə məlumat verdilər. Əslində, pulum və torpağım reketlərin hədə-qorxusu ücbatından əlimdən alınıb.
Cənab Baş prokuror !
Azərbaycan vətəndaşı olaraq sizlərdən xahiş edirəm ki, mənə qarşı olan reketçilik və hədələr barədə müvafiq qaydada tədbir görəsiniz. Əks halda, cənab prezidentə müraciət edəcəyəm. Cənab prezidentdən xahiş edəcəyəm ki, vətəndaş Telman Lətifovun haqq və hüquqlarının bərpa olunması üçün göstəriş versin. Mən buna inanıram”.
Dosye.az