Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Zeytunluqla”la bağlı müdhiş qalmaqal

 

Məhkəmələr yasıllığın məhvinə niyə‘‘ hə‘‘ deyiblər?
Hacıbala Abutalıbov Kərəm Həsənova, Ramiz Rzayevə və Mehdi Səlimzadəyə niyə müraciət edib ?

Xeberinfo.com:  Binəqədidəki ‘‘Zeytunluq‘‘ la bağlı qalmaqal yaranıb. Daxil olan məlumata görə, Bakı şəhəri, Mir Cəlal küçəsi,76 ünvanda yaşayan sakinlər ‘‘Zeytunluğ‘‘un bir hissəsinin, konkret olaraq 9-cu mikrorayunda, Cavadxan küçəsi, 1 saylı yaşayış binasının arxasındakı parkın məhv edilməsinin qarşısınin alınması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər.
Araşdırmalar zamanı bəlli olub ki, 2005-ci il Binəqədi bələdiyyəsi 347 saylı qərarı və 338 saylə alqı-satqı müqaviləsi ilə həmin ərazidə 0.75 ha torpaq sahəsini Mənsimovf Əlağa Saday oğlunun mülkiyyətinə verib. Sonradan vətandaş ölçü- plan alınması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinin müraciət edib. Lakin şöbə müvafiq sənədi Əliağa Mənsimova verməyib. Çünki onun mülkiyyətinə verilən torpaq sahələrinin hüdudlarından kənarda olmaqla dövlət mülkiyyətinə aid olub ki, bu torpağın alqı-satqısı Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsindən torpaq sahəsinin sertifikat qiymətinə dair məlumatı olmadan həyata keçirilib. Bütün bunlar Binəqədi bələdiyəsinin nəzərinə çatdıraraq qərarın ləğv edilməsi tələb olunub. Maraqlıdır ki, bələdiyyə bu tələbi yerinə yetirməkdən imtina edib.
Əliağa Mənsimovun 2014-cü ildə 1 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsinə müraciətindən sonra qalmaqal daha da böyüyüb. Adıçəkilən vətandaş məhkəmədən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsindən tələb olunan sənədin verilməsinin təmin edilməsini xahiş edib. Məhkəmə Əliağa Mənsimovun iddiasını təmin edib. Qarşı tərəf apelyasiya şikayəti versə də, təmin oiunmayıb. Beləliklə, vətandaş məhkəmə qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən ölçü-planı ala bilib. 
Sakinlərin Bakı Şəhər İcra Hakimiyyətinə müraciətindən sonra isə icra başçısı Hacıbala Abutalıbov işə qarışıb. O, 2016-ci ilin yanvarında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəhbəri Mehdi Səlimzadəyə müraciət edib. Bakı meri müraciətində Binəqədi bələdiyəsinin qərarının qanunsuz olduğunu bildirərək qərarın ləğv olunması barədə müraciət edib. Haclbala Abutalıbov məsalə ilə bağlı əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənova da müraciət ünvanlayıb. Bakı meri Kərəm Həsənovdan mübahisəli toirpaq sahəsilə bağlı hər hansı sənədləşmənin qarşısını almağı xahiş edib.
Qeyid edək ki, Azərbaycan Respublikasının Prezdentinin 30.09.2015-ci il tarixli, 1336-IVQD saylı ‘‘Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında‘‘ Azerbaycan Respublikasınlın Qanununa əsasən dövlətin müstəsna mülkiyyətinə olan torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə cinayət məsuliyyəti yaradır ( Cinayət Məcəlləsinin 314.1.-ci maddəsi).
Yuxarıda qeyd olunanları və Azərbaycan respublikası Prezdentinin yasıllıqlarına qorunması sahəsində rəhbər tutub Torpaq Məcəlləsinin 44-cü və 45-ci maddələrinin tələblərinə istinad edərək, zeytun və çoxillik ağaclardan ibarət parkın əhatə etdiyi əraziyə dair Binəqədi rayon Bələdiyyəsi tərəfindən qanunsuz verilmiş 347 saylı ,14.12.2005-ci il tarixli qərarın və 338 saylı, 14.12.2005-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və eləcə də yaşıllıqların qorunması Dövlət Başçısı tərəfindən ciddi nəzarətdə saxlandığını nəzərə alaraq, yuxarıda qeyd oluynan bələdiyyə qərarını ləğv edilərək həmin torpaq sahəsinin aidiyyatı üzrə geri qaytarılması barədə müvafiq tədbirlər görüb nəticəsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə məlumat verilməsini xahiş edirəm.
Mehdi Səlimzadə 12 yanvar 2016-cı il tarixli cavab məktubunda Hacıbala Abutalıbovun diqqətinə çatdırıb ki, Binəqədi bələdiyəsinin qərarı artıq ləğv olunub. Lakin qərar ləğv olunsa da, sakinlər Bakıl Şəhər İcra Hakimiyyətinə müraciət edərək parkda iş aparıldığını bildirib.
Hacıbala Abutalıbov da şəxsən Ali Məhkəmənin İnzibati-İqtisadi Kolegiyasına kassasiya şikayəti yazaraq Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolegiyasının qərarını ləğv etməsini xahiş edibş Bakı meri bununla bağlı ayrıca Ali məhkəmənin sədri Ramiz Rzayevə də müraciət edib. 
Hazırda iş Ali Məhkəmə də olsa da, Əliağa Mənsimov ərazidə işləri davam etdirir. Sakinlər bildirir ki, ərazidə çox illik ağaclar kəsilir,yaşillıq məhv edilir. Onlar hesab edir ki, Ali Məhkəmə məsələyə ədalətlə yanaşacaq. Sakinlər ümid edirlər ki, Ali Məhkəmə qanunvericiliyin tələblərini pozmuş Əliağa Mənsimovun əsassız tələbini rədd edərək qanunvericiliyin tələblərinə riayyət etməklə ədalətli qərar verəcək.
Azerbaycaninfo.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam