Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Saleh Məmmədov Muradov qardaşlarına milyonları necə qazandırıb? -"ATF" MMC araşdırılacaq 

Yenixeber.org: "ATF MMC “tender kralı” kimi tanınır. Şirkətin xüsusilə yol təmiri ilə bağlı iri məbləğli tenderlərdə qalib seçilməsi Saleh Məmmədov faktoru ilə əlaqələndirilir.

Mediada gedən məlumatlardan aydın olur ki, "ATF" MMC-nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehran Muradov Saleh Məmmədovun işçisi olub. Onun vaxtilə 17 saylı Yol İstismar İdarəsinin direktoru vəzifəsində çalışdığı deyilir.

Saleh Məmmədovun işdən çıxarılması hətta şirkətin çöküşünü şərtləndirə bilər. Nəzərə alsaq ki, adına heç bir yerdə rast gəlinməyən "ATF" MMC yalnız yol təmirlərindən qazanır. Hətta bu layihələrdə ATF-nin AAYDA-ya məxsus tesnikadan istifadə etməsi barədə iddialar da var.

"ATF" MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Muradov Azad Əzim oğludur. Şirkət Azad, Təbriz və Fəxrəddin Muradov qardaşları tərəfindən təsis edilib. ATF MMC-nin adı da onların adlarının baş hərflərindən götürülüb.

ATF MMC bir neçə dəfə qalmaqalla gündəmə gəlib. Məsələn, 2018-ci ildə Fəxrədin Muradov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Fəxrəddin Muradova Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə ittiham irəli sürülüb. Bu işlə bağlı araşdırmalar zamanı məlum olub ki, ATF şirkəti dövlətə 361 000 manat ziyan vurub.

Mediada gedən məlumatlara görə, Fəxrəddin Muradov bu cinayət işi çərçivəsində həbs olunsa da, sonradan azadlığa çıxıb. Muradov qardaşları həm də “Göyçay Petrol-A” MMC-nin benefisiarıdır. Bir neçə il əvvəl Fövqəladə Hallar Nazirliyi (FHN) MMC-yə məxsus yanacaqdoldurma məntəqəsinin (YDM) fəaliyyətini dayandırmışdı. 

FHN-nin həmin vaxt yaydığı məlumatda bildirilirdi ki, məntəqədə aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Məlum olub ki, obyektin ərazisində inşa olunan və quraşdırılan təndirxana, həmçinin digər ticarət obyektlərinin layihə sənədləri və istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.(bizimesr.az) 

***

32gun.az-ın redaksiyasına daxil olan məlumata görə, Saleh Məmmədovla Muradov qardaşlarından birinin uşaqlıq dostu olduğu bildirilir. İddia edilir ki, məhz bu yaxınlıq tender sahəsində ortaq iş strategiyasının qurulmasına və ATF MMC-nin tender bazarına daxil edilməsinə  zəmin yaradıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam