Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Eldar Namazov:“Bu seçkilərdə də İlham Əliyev qalib gələcək”

Azərbaycan Prezidentinin sabiq köməkçisi, "Azərbaycan Naminə” İctimai Forumunun prezidenti Eldar Namazov "Ölkə.Az” xəbər portalına müsahibə verib.

Yenixeber.org müsahibəni oxucularına təqdim edir:

– Aprelin 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Seçkiöncəsi vəziyyəti necə qiymətləndirirsiniz?

– Seçkilərin yarım il qabağa çəkilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi şəxslər bunu Azərbaycanda yubiley tədbirlərinin keçirilməsi ilə, bəziləri isə Qarabağ danışıqları ilə əlaqələndirirlər. Ancaq mən bunu əsas səbəblər kimi görmürəm. Çünki ötən 25 ildə Qarabağ danışıqları ilə bağlı heç bir irəliləyiş əldə olunmayıb. Güman etmirəm ki, növbəti 6 ayda da nə isə irəliləyiş əldə olunsun.

Şəxsən mənim üçün yubiley tədbirlərinə görə prezident seçkilərinin vaxtının dəyişdirilməsi də ağılabatan arqument deyil. Əlsində, seçkilərin apreldə keçirilməsi yubiley tədbirləri ilə bağlı müəyyən problemlər yarada bilər. Çünki aprelin sonunda Azərbaycanda "Formula 1” yarışları və mayın 28-də Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı tədbirlər keçiriləcək. Təsəvvür edin ki, Bakıda "Formula 1” yarışları keçirildiyi ərəfədə seçkilər keçirilir. Bu, insanların sərbəst dolaşması üçün çətinliklər yaradacaq. Yəni, həm idman, həm də yubiley tədbirlərinə hazırlıq işləri seçki kampaniyası dövrünə düşəcək. Ona görə də mən seçkilərin vaxtının əvvələ çəkilməsinə səbəb kimi yubiley tədbirlərini də görmürəm.

– Bəs əsas səbəb kimi nəyi görürsünüz?

– Mənə elə gəlir ki, prezident seçkilərinin ertələnməsinin əsas səbəbi növbəti prezident və parlament seçkilərinin eyni vaxta düşməsi ilə bağlıdır. Bilirsiniz ki, Azərbaycanda 2025-ci ildə növbəti prezident və Milli Məclisə seçkilər arasında bir neçə gün fərq olacaq. Bu da bir sıra çətinliklər yarada bilər. Təsəvvür edin ki, bir neçə gün ərzində həm prezident, həm də parlament seçkiləri keçirilməsi nə qədər çətin olar. Nəzərə almaq lazımdır ki, prezident seçkilərində iştirak edən siyasi partiya funksionerləri həm də parlament seçkilərində iştirak edirlər. Eyni vaxtda iki seçkinin keçirilməsi, iki seçki kampaniyasının aparılması və sairə işlər qeyri-mümkündür. Bu, dünya tarixində də görünməmiş hal olar. Ona görə də 2025-ci ildə keçiriləcək prezident seçkilərini vaxt baxımından bir-birindən ayırmaq lazım idi. Yəni, ya parlament, ya da prezident seçkilərinin vaxtını dəyişmək zərurətə çevrilmişdi. İndi Azərbaycan hakimiyyəti də sözügedən problemi bu cür həll etdi. Bu nəzərdə tutulan yollardan biri idi. Prezident seçkilərini yarım il əvvələ çəkməklə 2025-ci ildə gözlənilən problem öz həllini tapdı. Artıq növbəti parlament və prezident seçkiləri arasında yarım il fərq olacaq. Mən bunu müsbət addım hesab edirəm. Çünki bu çıxış yollarından biri idi. Bu edilməsəydi, 2025-ci ildə problemlər yaşanacaqdı.

– Amma müxalifət düşərgəsi prezident seçkilərinin aprelin 11-ə təyin edilməsinə fərqli yanaşır…

– Bilirsiniz, prezident seçkilərinin vaxtının 6 ay əvvələ çəkilməsi təbii ki, müxalifətə problemlər yaradıb. Hər zaman hakimiyyət seçkilərə daha hazırlıqlı olur. Çünki onun əlində müəyyən resursları var və sairə. Ancaq müxalifətin bu seçkilərlə hazırlıqsız qarşılaşması onların vəziyyətini daha da çətin edib. Bu mənada müxalifətin narazılığını başa düşmək olar. Ancaq mən bu qərarın əsl səbəbini heç də müxalifətin söylədiyi kimi görmürəm. Mənə görə, seçkilərin ertələnməsi 2025-ci ildə gözlənilən problemlərdən qurtulmaq üçün idi. Əsas səbəb məhz budur.

– Seçki prosesində hər hansı formada iştirak etməyi düşünürsünüz?

– Xeyr, mən bu seçkilərdə iştirak etmək fikrində deyiləm. Düşünürəm ki, bu seçkilərdə hər hansı dəyişiklik olmayacaq. Əgər hər hansı gözlənilməz hadisə baş verməsə, bu seçkilərdə də İlham Əliyev qalib gələcək. Şəxsən mənim fikrim odur ki, bu il keçiriləcək seçkilərdə ciddi dəyişiklik olmayacaq.

– Milli Şura və İsa Qəmbər seçkilərlə bağlı fərqli qərarlar veriblər. Müxalifət qüvvələrinin seçkiöncəsi hazırlığını necə qiymətləndirirsiniz?

 

– Hər bir siyasi təşkilat öz maraqlarlarından çıxış edir, öz maraqlarına uyğun addım atır. Yəni, burada ümumiləşmiş nə isə yoxdur ki, hamı ya boykot etməli, ya da seçkilərə qatılmalıdır. Yəni, ola bilər ki, ayrı şəraitdə seçkiləri boykot edən təşkilat seçkilərə qatılardı, digəri isə onun əksini edərdi və sairə. Bu siyasi təşkilatların hazırlığından və vəziyyətindən asılıdır. Yəqin ki, hər dəfə olduğu kimi, bu il də siyasi partiyalarda parçalanmalar baş verəcək.

– Bəs siz Milli Şuranın sədri olsaydınız, seçkilərlə bağlı necə qərar verərdiniz?

– Yenə deyirəm ki, qərar veriləndə mövcud vəziyyət nəzərə alınır. Bəlkə də mən Milli Şurada olsaydım, seçkiləri boykot etməyin tərəfdarı, Müsavat partiyasında olsaydım, seçkilərə qatılmağın tərəfdarı olardım. Ancaq mən nə Müsavatın, nə də Milli Şuranın üzvü deyiləm. Ona görə də onların verdiyi qərarlarla bağlı dəqiq nə isə söyləyə bilməyəcəm.

– Seçkilərin Qarabağ danışıqlarına təsirini necə görürsünüz?

– Düşünrəm ki, hazırda Qarabağ problemi ilə bağlı pərdəarxası ciddi danışıqlar gedir. 2016-cı ilin aprel döyüşlərindən sonra bu danışıqlarla bağlı vəziyyət dəyişib. Artıq bəllidir ki, münaqişə ilə bağlı vəziyyəti uzun müddət dondurmaq mümkün olmayacaq. Ona görə də ya yaxın vaxtlarda Qarabağla bağlı ciddi irəliləyiş əldə olunacaq, ya da Azərbaycan ordusu növbəti dəfə hərbi əməliyyatlara başlayıb, güc yolu ilə torpaqları işğaldan azad edəcək. Artıq bu prosesə Türkiyə və İran da cəlb olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam