Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Siyasət qoxusu verən ittifaqlardan uzaq durmalıyıq”

\

 

 

 

İlham Rəhimov: “20 il öncə Rusiyanı dünyada eşidən yox idisə, məsələləri onlarsız həll edirdilərsə, indi İran, Suriya, Ukrayna məsələsində də dünya gördü ki, Rusiya 20 il əvvəlki dövlət deyil”


Tanınmış hüquq professoru və iş adamı İlham Rəhimov “Yeni Müsavat” qəzeti və minval.az saytına geniş müsahibə verib.

 

  "xeberinfo.com" həmin müsahibəni təqdim edir. 

- Bütün bunlar nəyə gətirəcək, Sizcə? 

- Son hadisələr fonunda mən Rusiya ilə Qərb arasında növbəti soyuq müharibənin başlandığı qənaətinə meylliyəm. Və mənə elə gəlir ki, bu qarşıdurma 2-ci Dünya müharibəsindən sonra toplanmış neqativ, mənfi təcrübə nəzərə alınmaqla planetdə yalnız yeni beynəlxalq hüquq normalarının oturuşması ilə sonuclanacaq. 

Onu da qeyd eləmək istərdim ki, görünür, Krım hadisələri, ona kimi isə Abxaziya və Osetiya, ona qədər də Kosovo, İraq, Liviya olayları beynəlxalq normalara yanaşmada hətta fövqəldövlətlərin də tapdaya bilməyəcəkləri dəyişikliyin vacibliyini diktə edir. Beynəlxalq hüquq normalarında müəyyən boşluqlar var. Mən hələ bu və ya digər dövlətə hərbi güc tətbiq etməyə icazə verən normalardan danışmıram. O normalarda da supergüclərin lazım gələndə öz siyasi və hərbi maraqlarını reallaşdırmaq üçün yararlandıqları boşluqlar mövcuddur.  

Abxaziya, Cənubi Osetiya məsələləri olanda çoxları deyirdi ki, Rusiya təcrid olunacaq, ona dünya ciddi təzyiqlər edəcək, ağır sanksiyalar tətbiq olunacaq və sair. Mən o zaman da demişdim ki, hər şey çox qısa zamanda bitəcək, sakitləşəcək, yaddan çıxacaq. Belə də oldu. Proses bu cür sonuclandı ki, Avropa baş verənləri yaddan çıxardı, əksinə, Rusiya ilə münasibətləri daha da yaxşılaşdı. İndi dünya o qədər dəyişib ki, iri ölkələr, dövlətlər iqtisadi cəhətdən bir-birilərinə bağlıdırlarsa, asılıdırlarsa, münasibətlərin gərginliyi, sanksiya tətbiqi heç kimə sərf eləmir. İndi də çox qısa bir müddətdə hər şey yaddan çıxacaq. Mən Rusiyanı müdafiə etmək fikrində deyiləm, sadəcə, biz istəsək də, istəməsək də reallıq bundan ibarətdir. Bu hadisələrə kim necə istəyir qiymət ver bilər, amma Krım məsələsində rusların yuxarıda qeyd etdiyim arqumentləri çox güclü idi. Onların heç bir arqumentinə Avropa, Amerika cavab verə bilmir. Məsələn, ruslar deyir ki, Ukraynada hakimiyyəti ant-demokratik yolla ələ keçiriblər, rusdilli, rus kökənli adamları sıxışdırırlar.

“Rusiya heç zaman dağıla bilməz”

 Bu bir faktdır, bunları “Euronews” kanalı da göstərirdi. İkincisi, məsələn, Rusiya prezidenti Vladimir Putin deyir ki, o, kimsəyə referendum keçirilməsi barədə söz deməyib, onlar özləri bu addımı atıblar, çünki onlar ruslardır, Rusiya ilə birləşmək istəyirlər. Üçüncüsü, deyirlər ki, 1954-cü ilə qədər Krım Rusiyanın ərazisi olub. Bu arqumentləri heç cür təkzib edə bilmirlər. Ona görə də Rusiyaya qarşı sanksiyalar, təpkilər çox çəkməyəcək. Yeri gəlmişkən, sanksiya tətbiq edilən şəxslərin siyahısı da qəribədir, hiss olunur ki, tələsiblər. Sanksiya tətbiq edilənlərin çoxu Ukrayna kökənli biznesmenlərdir. Axı burada biznesmenlik nə var? Maraqlı bir sual çıxır, Krım hadisələrində ən çox fəallıq edən xarici işlər naziri Sergey Lavrov idi. Elə isə onun adı niyə siyahıda yoxdur? Ona görə də bəlli deyil ki, məlum sanksiyanı hansı kriteriyalarla tətbiq ediblər.

- Ukraynadakı böhran Yanukoviçin Avropa Birliyi və Gömrük İttifaqı arasında manevr eləmək cəhdindən sonra yarandı. Azərbaycan isə hələ ki, öz seçimini etməyə tələsmir. Necə düşünürsünüz, rəsmi Bakının hazırkı siyasi xətti hansı riskləri vəd edir?

- Məncə, bizim ölkəmiz müstəqil xətt yürütməlidir. Elə bir xətt ki, bizim siyasi və iqtisadi maraqlarımıza uyğun olsun. Yəni biz hesab ediriksə ki, Gömrük İttifaqı bizə nə indi, nə də perspektivdə yaxşı bir şey vəd eləmir, o zaman niyə ora daxil olaq - üstəlik, güman və hesab ediriksə ki, Gömrük İttifaqı eyni zamanda siyasi ittifaqdır? Siyasət qoxusu verən ittifaqlardan uzaq durmalıyıq. Eyni qənaət AB-yə aiddir: əgər bu təşkilat iqtisadi baxımdan bizə sərf edirsə, onunla əməkdaşlıq mümkündür. Ancaq bu gün AB-nin özü də siyasi quruma çevrilib. Bizim ölkəmiz isə müstəqil dövlət olaraq özünü müstəqil kursuna sadiq qalmalıdır. Heç kim bizi dövlət maraqlarımıza zidd ola-ola hansısa birliyə girməyə məcbur eləməməlidir və edə bilməz.    

- Söz Yanukoviçdən düşmüşkən, yerli KİV-lərin növbəti “sensasiyası”na da münasibətinizi öyrənək. Guya Ukraynadan qaçan Yanukoviç Sizin Moskvadakı, otelinizdə gecələyib. Doğrudumu? 


- Əlbəttə ki, doğru deyil. O, mənim yanıma gəlməyib. Prinsipcə, mənim hotellərimin birində gecələmək istəyən insanı yalnız Yanukoviç olduğuna görə qovmazdım. Əsas odur ki, o, mehmanxanada qalmağa görə ödəniş eləsin, yerdə qalanlar önəmli deyil (Gülür).

 - Son aylarda, Rusiyanın gərgin hadisələrin mərkəzinə girdiyi müddət ərzində Rusiya rəsmiləri ilə hər hansı bir təmasınız, danışığınız olubmu, hansılarla ki, tələbəlik, ya da dostluq münasibətləri bağlayır sizi...

- Məqsədyönlü şəkildə bu məsələləri müzakirə etmək üçün, təbii ki, heç kimlə görüşüm, müzakirələrim olmayıb. Ancaq Moskvada olanda  bəzi şəxslərlə görüşəndə onlarla fikir mübadiləsi aparırıq, bu aydın məsələdir. Çünki bu elə bir problemdir ki, görüşəndə bundan da danışmamaq mümkün deyil. Lakin məqsədyönlü şəkildə bu məsələləri müzakirə etmək üçün kiminləsə görüşməmişəm, buna ehtiyac yoxdur.

- Türkiyədə baş verənləri izləyirsinizmi? İki böyük gücün -  Ərdoğan və Fətullah Gülənin öz aralarındakı savaş Azərbaycana da sıçrayır. Mətbuata, siyasətə, iqtidardakı münasibətlərə... Artıq Gülən tərəfdarları Bakıda hər yerdən sıxışdırılır. Bu mövzunu izləyirsinizmi və sizcə, Azərbaycana hansı qüvvə daha uyğundur? 

“Yanukoviçin mənim Moskvadakı hotellərimin birində gecələməsi xəbəri doğru deyil”


- Düzü, bu proseslər başlayandan “nurçuluq problemi” kimi bir söhbət dolaşır. Hansı ki, “nur” sözünün özü yaxşı sözdür. Türkiyədəki proseslərdə qarşı-qarşıya durduğu bildirilən qüvvələrdən bir tərəf aydındır; bir tərəfdə Ərdoğandır, yəni hökumətdir, onun konturları bəllidir. O biri qüvvənin isə konturları bəlli deyil. Yəni “Camaat” hərəkatdırmı, partiyadırmı, ya nədir? Hamı ondan danışır, amma bunun mahiyyətini adamlara heç kim izah edə bilməyib. Məsələn, deyilməyib ki, nurçulugun zərəri nədən ibarətdir? Əgər bunlar zərərlidirsə, camaata bunu konkret demək lazımdır. Bunlar pis niyyətlə fəaliyyət göstərirsə, adları açılıb deyilməlidir. 

Şəxsən mən özüm bunların konturlarını müəyyən edə bilməmişəm. Bunların məqsədlərinin, niyyətlərinin nə olduğunu bilmədən hansısa fikirlər söyləmək olmaz. Gülən və onun ətrafındakı çevrə, gördükləri işlərlə bağlı çox az məlumatlıyam. Yalnız onların təhsillə məşğul olduqlarını, dünyanın çox yerində təhsil müəssisələri yaratdıqlarını bilirəm. Təhsillə məşğul olmaq pis iş deyil. Rusiyada da onların bir sıra məktəbləri, bağçaları var, Moskvada da bu təhsil olacaqları nüfuz qazanıblar. O ki qaldı onların siyasi fəaliyyətlərinə, mən bu haqda məlumatlı deyiləm. 

- Ümumiyyətlə, regionda - Rusiyada da, Türkiyədə də, İranda da hansısa yeni bir proseslərin getdiyi müşahidə olunur. Sizcə, nə baş verir regionda? 

- Öncə İranla bağlı qeyd edim, ən mühümü odur ki, bu dövlət qapılarını artıq dünyaya açır. İran dünyaya çıxır və başa düşür ki, bu formada yaşamaq, fəaliyyət göstərmək mümkün deyil. Dünyadan təcrid olunmaq uzun sürə bilməzdi, bunu özləri də anladılar, ən yaxşısı budur. İranın təhlükəli dövlət kimi qələmə verilməsi, müharibə ilə təhdid edilməsi bizim üçün də yaxşı hal deyil, çünki əvvəla, orada bizim milyonlarla soydaşımız yaşayır, ikincisi qonşu dövlətdir. Ücüncüsü, İrandakı real vəziyyət heç də bir çox KİV-lərdə təqdim olunan kimi deyildi, hər bir hadisə əvvəl-axır ədalətli yanaşma tələb edir. 

Regionda, Yaxın Şərqdə, Suriyada, indi Ukraynada və sair ölkələrdə baş verən proseslər bütövlükdə yanaşsaq, bir reallığa diqqət etməyi zəruri edir. Bizim xoşumuza gəlsə də, gəlməsə də qəbul etməliyik ki, bizim şimal qonşumuz super dövlətdir, güclüdür, hazırda dünyada söz sahibidir. Əgər 20 il öncə Rusiyanı dünyada eşidən yox idisə, dünyada gedən proseslərə müdaxilə edə bilmirdisə, məsələləri onlarsız həll edirdilərsə, indi İran, Suriya, Ukrayna məsələsində də dünya gördü ki, Rusiya 20 il əvvəlki dövlət deyil. İndi onsuz heç bir məsələni müzakirə etmək mümkün deyil, gərək onunla da razılaşılsın, bu faktdır. 

Bunu Avropa da, Amerika da artıq başa düşür. Doğrudan da Rusiyanı dağıtmaq, sıradan çıxarmaq istəyirdilər, onu müəyyən qədər zəiflətmişdilər də. Amma V.Putin hakimiyyətə gələndən sonra bu prosesin qarşısını aldı. O, Rusiyanın hərbi qüdrətinin artmasına xüsusi diqqətlə yanaşmağa başladı, o başa düşürdü ki, hərbi gücü artırmasa RF dünyada söz sahibi ola bilməz. Və təxminən Rusiya10-12 ilə buna nail oldu. O zaman deyirdilər ki, Rusiya dağılacaq, amma əksi baş verdi, Rusiya gücləndi, qüdrətli oldu. 

- İndi də Rusiyanın dağılacağını deyənlər var...

- Bunlar subyektiv, konkret insanların, siyasətbazların bu və ya digər səbəblər üzündən ictimai şüura sırınan qərəzli fikirləridir. Tarixən belə hallar çox olub, fikir verməyin. Rusiya necə dağılır ki, hazırda özünə ərazilər birləşdirir, qonşu ölkələrə milyardlar verir?! Rusiya heç zaman dağıla bilməz. Söhbət reallıqdan gedir. Mən bunu obyektivlik naminə deyirəm. Nə olsun ki, mənim orada biznesim var? Biz reallığı nə qədər gizlədiriksə, o qədər də uduzuruq. Reallıqdan nəticə çıxarmaq və barışmaq lazımdır...

Regionda gedən proseslərə ümumilikdə yanaşdıqda, Avropaya qarşı bir qruplaşma formalaşa bilər. Bu qruplaşmada Rusiya, Çin, Hindistan, İran ola bilər. Bura Türkiyəni də cəlb etsələr, bu çox ciddi bir məsələ olacaq. Bu ola bilər. Türkiyə çox çalışır Avropaya yaxın olsun. Amma fakt budur ki, Türkiyəni Avropa Birliyinə buraxmırlar, R.Ərdoğan da bunu gözəl bilir. Yeganə bir məsələ var ki, Türkiyə-NATO müttəfiqliyi var. Əgər bu olmasaydı, Türkiyə Rusiya ilə çox yaxınlaşacaqdı. Türkiyə ilə Rusiya arasında heç bir narazılıq yoxdur. Bu iki dövlətin ticari dövriyyəsi də artır. Türkiyə Rusiyadan ən çox qaz alan ölkələrdəndir. Bilirsiz, hazırda dünyada ən çox diqqət iqtisadi əlaqələrə yönəldilir.  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam