Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

"Eldar Mahmudov da, Əli Abbasov da həbs edilməlidir"

 

Bu həftə Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin fəaliyyəti haqda məlumat yaydı.

Xeberinfo.com:  Məlumatda deyilir ki, idarə rəisi Akif Çovdarov qanunsuz dəstə yaradaraq sahibkarları azadlıqdan məhrumetmə hədəsi ilə külli miqdarda pul və digər vəsaitlər əldə edib. Bundan başqa Rabitə Nazirliyindəki vəzifəli şəxslərin himayə olunduğu və qanunsuz olaraq sahibkarların telefon söhbətlərinə qulaq asıldığı bildirilir.

Rəsmi məlumata görə, 21 nəfər haqda cinayət işi açılıb, bu adamların təxminən 60-dək işadamını taladığı bildirir. Söhbət on milyonlarla vəsaitdən gedir. Bəs dövlət məmurunun mənimsədiyi milyonlar sahibkarlara qaytarılacaqmı? Hüquqşünas Əyyub Kərimovla söhbətdə bu suala da cavab axtardıq. Söhbətəsə ondan başladıq ki…

- Rəsmi məlumata inansaq, bu, Hacı Məmmədovun dəstəsindən sonra dövlət qurumu daxilində aşkar edilən ikinci böyük qrup sayılır. MTN-nin 21 əməkdaşına qarşı cinayət işi açılıb. Belə bir dəstənin işindən nazirin xəbərsiz olması, sizcə, mümkün idi?

eyyub- Baş Prokurorluğun məlumatı ilə tanış olanda dəhşətə gəldim. Bir nazirlikdə ki, 19 nəfər həbs edilib, biri ev dustağıdır, daha biri də axtarışdadır, bu, dəhşətdir. Bunu oxuyanda dedim ki, «Hacı Məmmədovun dəstəsi bunların yanında quzuymuş ki…». O ki qaldı, nazirin bu dəstədən xəbərsiz olmasına, bu, qətiyyən mümkün deyil! Rəhbərliyin xəbəri olmaya bilməzdi. Maraqlısı bilirsiniz nədir? Eldar Mahmudovu Ramil Usubov iki dəfə sistemdən qovub. Qoy, indi nazir açıqlasın, nəyə görə onu işdən çıxarmışdı? Mən Usubovun tərəfdarı deyiləm, ancaq məncə, o, vaxtında Eldar Mahmudovun yararsız kadr olduğunu görmüşdü. Mətbuata müsahibəsində Eldar Mahmudovu vəzifəyə gətirdiyini söyləyən keçmiş daxili işlər naziri Vaqif Novruzov demişdi ki, keçmiş milli təhlükəsizlik nazirinə milli qəhrəman adı verilməlidir. Nəyə görə, hansı işinə görə qəhrəmandır? Budur Milli Qəhrəman? Bizneslə məşğul olan, uzun müddət xaricdə yaşayan adamı niyə birdən-birə nazir qoydular? Eldar Mahmudov Ramil Usubovu məğlub edə bilmədi. Ona görə də Hacı Məmmədovu orda saxladı, ona xüsusi şərait yaratdı. Yadınızdadırsa, Hacı Məmmədov həbsxanada tablolar çəkirdi, bir onun sərgisini keçirməkləri qalmışdı. O tablolar haqqında da mərhum Elçin Behbudov mətbuata danışmışdı. Sizcə, o tablolar kimin sifarişi ilə çəkilirdi? Orda qadın, şir, qaraeynəkli oğlan obrazları vardı. Hacı Məmmədov nəyə işarə edirdi? Orda böyük simvollar vardı.

- Siz bilirsiniz?

– Mən də bilmirəm. Amma araşdırılmalıdır.

- Hacı Məmmədov məhkəmə çıxışlarının birində demişdi ki, hakimiyyət daxilində onun dəstəsindən daha güclü dəstə var. MTN-də fəaliyyət göstərildiyi iddia edilən dəstə Hacı Məmmədovun dediyi dəstə ola bilərmi?

– Əlbəttə, ola bilər. Hacı Məmmədovun dəstəsi 2005-ci ildə ifşa edildi. Bu, hazır əməliyyat idi, keçirilməsi, sadəcə, MTN-ə həvalə edildi. Onların da bundan başları gicəlləndi. İkincisi də, valyutadəyişmə məntəqələrinə hücumla bağlı əməliyyat idi, səhv etmirəmsə, 2008-ci ildə. Baş Prokurorluq istintaqı aparmışdı, əməliyyat tapşırığı yenə MTN-ə verilmişdi. Nazirliyin bundan başqa yaddaqalan işi olmayıb. Mən nə Usubova, nə Hacı Məmmədova haqq qazandırıram. Onlarla bağlı yazdıqlarım da qalır. Ancaq bu gün müqayisə edəndə, utanırsan. Hacı Məmmədov deyirdi ki, «mən osminoqun bir ayağıyam, amma bizdən də dəhşətli dəstə var». O, işarə verirdi ki, artıq dəstə fəaliyyətə başlayıb. Hacının dəstəsi DİN-in binasına adam gətirib hədə-qorxu gəlməmişdi, amma bunlar nə qədər adamı MTN-ə gətiriblər?

- Bəs bu nazirliyin başında duran şəxs məsuliyyətə cəlb olunmalıdırmı?

– Saxlanılanların içində 6-7 general var, bəlkə də çoxdur, saymamışam. Bu böyüklükdə işdən nazirin xəbəri yoxdursa, o, yenə də məsuliyyət daşıyır. Cinayət Məcəlləsində bununla bağlı səhlənkarlıq maddəsi var. Daha nə olmalıdır ki, nazir həbs edilsin? Yadınızdadırsa, bu ilin əvvəlində Baş Prokurorluq özünü MTN işçisi kimi təqdim edən 6-7 nəfərlik dəstənin dələduzluqla məşğul olması haqda məlumat yaydı. Hər şey oradan başlandı. Onlardan biri Loğman Abdullayev həqiqətən də MTN işçisi idi. Bu adamları da DİN-də MCQMİ əməkdaşları saxlamışdı. DİN bundan sonra revanş götürdü.

- Dövlətin məmurlarının sahibkara milyonlarla manat zərər vurduğu deyilir. Bu zərər ödənilməlidirmi?

– Əlbəttə. Yeri gəlmişkən, mən bir epizodla bağlı vətəndaş İlqar Səfərovun hüquqlarını müdafiə edirəm. Onun şikayəti əsasında Baş Prokurorluğa rəsmi müraciət etmişik. MTN müstəntiqi mənim hüquqlarını müdafiə etdiyim şəxsə deyib ki, banka qoyduğun 50 min manatı bizə verməlisən, yoxsa 200 kvadratmetrlik obyektinin başına oyun açacağıq. Həmin MTN müstəntiqi Vüsal Ələkbərov indi 2 milyon manata yaxın rüşvət almaqda ittiham olunur. Biz tələb edirik ki, müstəntiqlə İlqar Səfərov üzləşdirilsin. Təbii ki, həmin şəxslərin qoyun, donuz ferması, başqa nələri varsa, satılmalıdır və zərərçəkmişə dəyən ziyan ödənilməlidir… Baş Prokurorluğa «sağ ol» düşür ki, azca da olsa, pərdəni qaldırdı, MTN-də beş dəstədən söhbət gedir, gör bunlar nələrlə məşğul olublar. Yəni bu boyda şeyi görməmək mümkün idi? Biz korlar şəhərində yaşamırıq ki. Hesab edirəm ki, Eldar Mahmudov qandallanmalıdır. Bu, baş verməsə, demək ki, onu müdafiə edən var və ortada siyasi iradə yoxdur. Bu qüvvə kimdir, mən bilirəm, ancaq deməyəcəyəm. Ancaq yenə deyirəm, Eldar Mahmudov da, Əli Abbasov da həbs edilməlidir. (Azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam