Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Mənzilimin qapısına dinamit qoyublar...”

Bu gün azərbaycanlı milyarder Araz Ağalarovun 60 illik yubileyidir. “Moskovskiy komsomolets” qəzeti onunla geniş müsahibə dərc edib.

Xeberinfo.com:   Məlumata görə,  iş adamı müsahibədə özünün həyat yolu, biznesə necə başlaması və necə varlanması barədə danışıb.

Araz Ağalarov deyib ki, Rusiyada banditizmin və reketin tüğyan etdiyi 90-cı illərdə digər biznesmenlər kimi onun da kriminal elementlərlə qarşılaşdığı hallar olub.

“90-cı illərin əvvəllərində mənim bir çox adamlarla şəxsi münaqişələrim, “raborka”larım, görüşlərim olub. Ancaq biz o vaxt heç kimlə sövdələşməyə girmədik. Və heç vaxt “krışamız” olmayıb. Sual yarana bilər ki, “krışasız” mən bizneslə necə məşğul olmuşam və kriminal avtoritetlərlə anlaşmadan işlərimi necə yoluna qoymuşam. Mən elə adamam ki, təzyiq altında bir rubl verməklə təzyiq altında həyatımı qurban vermək təxminən eyni şeydir. O zaman banditlər belə adamı nəylə hədələyə bilərlər? Fiziki divan tutmaqla? Axı onlar məni öldürsələr, heç nə ala bilməyəcəklər! Yəni mən onlara sağ lazımam!” - deyə A.Ağalarov bildirib.

A.Ağalarov deyib ki, onun başıma bir neçə dəfə buna bənzər epizodlar gəlib. Bir neçə dəfə  iş adamının yaşadığı evin blokunun girişini partladıblar. Özünü və ailəsini öldürməklə təhdid ediblər: “Hətta dinamiti liftə və birbaşa mənzilin qapısına qoymuşdular. Hər dəfə mən əvvəlcədən təhlükəni hiss edib ailəmi təhlükəsiz yerə göndərmişəm və evdə tək qalmışam. Və banditlər mənə heç nə edə bilməyiblər”.

İş adamı deyib ki, onun biznesdə “yüksək liqaya” qalxması 1998-ci ildə Rusiyada baş vermiş defolt və iqtisadi böhran nəticəsində baş tutub. O vaxt yaratdığı “Crocus” şirkəti sərgi biznesində irəliləyib və biznesin digər sahələrində də uğur qazanıb.

Virtualaz.org 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam