Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycanın böyük potensialı var”

 

“Heç də hər ölkə Birinci Avropa Oyunları kimi bu cür miqyasda tədbiri keçirmək hüququnu əldə edə bilmir və Oyunların Azərbaycanda keçirilməsi qərarı ölkənin böyük potensialının təsdiqidir”.

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Vyanada keçirilən Avropa Qəzet Konqresi çərçivəsində "Objektleiter" alman media qrupunun rəhbəri Ayxan Günəş Trend-ə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, Birinci Avropa Oyunları avropalılara, digər iştirakçı və tamaşaçılara Azərbaycan mədəniyyəti, görməli yerləri və turizm imkanları ilə tanış olmağa kömək edəcək.

 

A.Günəş qeyd edib ki, Azərbaycanda iri miqyaslı idman tədbirlərinin keçirilməsi üçün lazımi infrastruktur yaradılır: “Mənə məlumdur ki, Azərbaycanda iki ildən sonra IV İslam Həmrəyliyi Oyunları keçiriləcək”.

 

Onun sözlərinə görə, yay və qış olimpiya oyunlarında yaxşı nəticə göstərən Almaniya Avropa Oyunlarına bütün növlər üzrə atletlərini göndərmək niyyətindədir: "Xüsusilə, alman idmançıları üzgüçülük, futbol, basketbol, yüngül atletika kimi idmanın növlərində mübarizə aparacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam