Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Müharibədə plov paylamırlar, biz də böyük itkilər verərik…”

 

Ermənistan prezidenti Serj Sərkisyan “Rossiya 24” telekanalının “Mövqe” proqramına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərindən də danışıb.

"Xeberinfo.com":  “Biz əminik ki, Minsk Qrupunun həmsədri olan dövlətlərin başçılarının bəyanatlarında və Azərbaycanla 7 ildir apardığımız danışıqlarda müzakirə olunan sənəddə əks olunan prinsiplər və elementlər Qarabağ münaqişəsinin qarşılıqlı məqbul həll yoludur. Həmsədr ölkələrin konsensus-mövqeyi bundan ibarətdir ki, prinsiplər və elementlər vahid təşkil edir, heç bir halda prinsiplərdən birinə, yaxud digərinə üstünlük vermək olmaz”- deyə Sərkisyan bildirib.
Ermənistan prezidentinin bildirdiyinə görə, həmsədr ölkələrin xalqların müharibəyə yox, sülhə hazırlanması barədə çağırışlarını bölüşür. “Lakin təəssüf ki, Azərbaycan rəhbərliyi tam tərsinə hərəkət edir. Ötən ilin yayından başlayaraq rəsmilərin bəyanatlarından başa düşülür ki, təmas xəttində vəziyyətin gərginləşməsini Azərbaycan istəyir” -Sərkisyan deyib.
Ermənistan prezidenti bildirib ki, əgər Azərbaycan müharibəyə başlasa onların müdafiə olunmaqdan başqa yolu qalmayacaq: “Şərqdə deyildiyi kimi, müharibədə plov paylamırlar. Müharibə itkilər deməkdir. İstənilən nəticədə biz də böyük itkilər verərik. Böyük Vətən müharibəsində də böyük itkilər olub. Hər 9 ermənidən biri, əhalinin 12 faizi müharibədən qayıtmayıb”-o deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam