Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

“Böyük zərər çəkmişəm”

 

”Bu işdə bir xeyir vardır” deyə düşünürəm və şükür edirəm”
Bir müddət əvvəl İnterpolun qırmızı xətti üzrə beynəlxalq axtarışa verilmiş türkiyəli iş adamı Əli Evsen “Ölkə TV”-yə müsahibə verib.

"Xeberinfo.com":   Lent.az-ın telekanala istinadən məlumatına görə, 4 il əvvəl İspaniyada polis tərəfindən saxlanılan və az sonra sərbəst buraxılan Ə.Evsen haqqında yazılanlarla bağlı geniş danışıb: “Hazırkı Misir hökuməti və məhkəməsi haqqımda heç bir qərar vermədən və ya iddia irəli sürmədən İnterpol məni axtarışda olanlar siyahısında saxlayır. İnterpol saxta sənədlərlə və əsası olmayan iddialarla mənim azadlıq hüququmu məhdudlaşdırır. Bu səbəbdən də böyük maddi-mənəvi zərər çəkmişəm. Bir daha iddia edirəm, haqqımda deyilənlərin hamısı yalandır.
Hazırda Madriddə yaşayan tanınmış iş adamı onunla birgə çoxlu iş adamının İnterpolun qərarları ucbatından böyük zərərlə üzləşdiyini deyib.
Azərbaycan, Rusiya, Balkan ölkələri və Yaxın Şərqdə böyük biznes şəbəkəsinə sahib olan adanalı biznesmen Əli Evsen əlavə edib ki, o, məhkəmə hökmü ilə yox, hansısa polis şöbəsinin istəyi ilə bu problemlərlə üzləşib: “Sənin üçün xeyirli olduğunu düşündüyün şey sənin zərərinə ola bilər. Bəlkə də sənin zərərinə olduğunu düşündüyün şey əslində sənin xeyrinədir. İnancına və düşüncəsinə sahib bir insan kimi mən də “Bu işdə bir xeyir vardır” deyə düşünürəm və şükür edirəm”.
Ə.Evsen əlavə edib ki, axtarışa verildiyi üçün İnterpolu məhkəməyə verib. Misir hökuməti isə iş adamını axtarışa vermədiyi ilə bağlı rəsmi müraciət yayıb.
Qeyd edək ki, Ə.Evsen Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam