Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda mədəniyyət günləri başlayır

 

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Bakı şəhərində Azərbaycanın rayonlarının mədəniyyət günləri keçiriləcək. 

 

"Xeberinfo.com":  Məlumata görə, Mədəniyyət günlərinə Masallı rayonu ilə start veriləcək.  Masallı mədəniyyət günləri fevralın 10-da keçiriləcək. Bununla bağlı təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri, Masallı rayon icra hakimiyyəti başçısı müavini Nəsir Muxtarlının virtualaz.org saytına verdiyi məlumata görə, mədəniyyət günləri çərçivəsində geniş tədbirlər həyata keçiriləcək. Musiqli Komediya Teatrının binasında baş tutacaq tədbirin rəsmi hissəsindən əvvəl sərgi təşkil olunacaq. Qonaqlar bu sərgi vasitəsilə Masallı rayonunun tarixi, adət-ənənəsi, təbiəti, mətbəxi, turizm potensialı ilə tanış olacaqlar. Sərgidə rayonun görkəmli şəxsləri, qəhrəmanları, elm və incəsənət xadimləri barədə də məlumatlar yer alacaq.

Fevralın 10-u saat 18:00-da isə Musiqili Komediya Teatrının binasında Masallının incəsənt kollektivlərinin iştirakı ilə konsret proqramı keçiriləcək.

Qeyd edək ki, mədəniyyət günlərinə Masallı ilə start verilməsi rayonun belə tədbirlərin keçirilməsində təcrübəyə malik olması ilə bağlıdı. Son üç ildə Masallıda Beynəlxalq Folklor Festivalı böyük uğurla keçirilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam