O, məşhurluğuna görə Rihanna, Şakira, Beyons və digərlərindən heç də geri qalmır.
Yenixeber.org: Onun “Chandelier” mahnısı Youtube-da 2 milyarda yaxın izlənilib. Ancaq o, mahnılarından daha çox qəribəliyi ilə tanınıb.
Çətin keçən uşaqlıq
Sia Keyt İzobel Furler 1975-ci ilin 18 dekabr tarixində Avstraliyanın Adeladia bölgəsində dünyaya gözlərini açıb. Onun atasının psixoloji problemləri olub. Sianın sözlərinə görə, atasının iki üzü olub. Birinci üzünün adı Pill, şən-şad, qızını sevən və onunla yaxşı vaxt keçirən, yəni yaxşı ata… İkinci üzünün adı, Stan, içkiyə meyilli, qızını döyən, onu evdən çölə buraxmayan, yəni pis ata…
Sia ailəvi problemlərinə görə hər kəsdən çəkinir, digər uşaqlara qaynayıb-qarışmır. O zamandan utancaq, özünə qapanıq biri kimi böyüyür. Onun həyata tutunduğu tək budaq musiqi olur.
Uğursuzluqlar əl çəkmir
İlk albomunu çıxarır, ancaq bu albom çox da müvəffəqiyətli olmur. Öz sənətini daha yaxşı inkişaf etdirmək üçün Londona, sevgilisinin yanına köçür. Ancaq Londona çatar-çatmaz sevgilisi öldürülür. Sia taksiyə minərək öz canını qurtara bilir.
Londonda yalnız qalmağa başlayan Sia içkiyə qurşanır. 6 ilə yaxın içinə qapanıq, sərxoş həyat sürür. Bu müddət ərzində iki albom buraxır ancaq uğur qazana bilmir.
Bundan sonra Nyu-York- a köçür və içkini tərgidir. Bir mahnısı məşhur şouların birində səsləndirilir və mahnı populyar olur. Nyu-York-da barlarda və kafelərdə çıxışlar edir. Ancaq burada onun utancaqlığı, qəribə hərəkətləri daha da qabarır. Günlərlə evdən çıxmır. Həkimlər ona “Bipolar pozğunluq” diaqnozu qoyur.
Sia yeidən içkiyə qurşanır və səhnələrdən uzaqlaşır. Başqa müğənnilərə mahnılar bəstələyir. Onun bəstələdiyi mahnılar vasitəsilə Rihanna, Şakira, Keti Perri, Kristina Aqulera, Beyons, Britni Spers, Cenifer Lopez və digərləri milyonlar qazanır.
Həyatında yeni səhifə açır
Sia 2014-ci ildə çıxardığı “Chandelier” mahnısı ilə həmin ilə öz damğasını vurur. Onun mahnısı “Youtube”-da 2 miyarda yaxın görüntülənir.
Tez bir zamanda bütün media ondan danıır. Bu məqamda Sianın utancaqlığı yenidən qabarır. Kameralar qarşısına üzü bağlı şəkildə çıxır. Özünə məxsus pariklər düzəltdirir və səhnələrə belə çıxır. Bundan sonra yeni hitləri ilə partlayış edir. Ancaq köhnə vərdişindən əl çəkmir. Ən məşhur şoulara belə üzü qapalı şəkildə çıxır. Bununla belə məşhurluğunu qoruya bilir. Konsertlərində belə üzünü gizlədir, hətta bəzi konsertlərinə üzünü tamaşaçılara çevirərək oxuyur.
Sia öz qanunları, qəribəlikləri ilə özünü insanlara sevdirməyi bacarır.(minval)
Tamerlan