Qalmaqallı Aparıcı Humay Muxtarovaya yeni vəzifə verilib.
Yenixeber.org: Bu barədə məlumatı aparıcı özü verib. H.Muxtarovanın sözlərinə görə, o, “F” adlı kanalda həm veriliş aparacaq, həm də müəlliflər departamentinin direktoru olaraq çalışacaq. Bununla bağlı paylaşım edən Humayın izləyiciləri, o cümlədən tanınmış prodüser Tarix Əliyev belə bir kanalın varlığından xəbərsiz olduqlarını yazıblar. Biz də bəhs olunan kanalla bağlı informasiya əldə etməyə çalışdıq.
Məlum oldu ki, “F” adının açılışı “Farrux Media“dır və kanal internet üzərindən yayımlanır. Kanalın izləyici kütləsi isə demək olar ki, sıfırdır. Kanalın rəsmi saytında canlı yayım “twitch.tv” adlı pulsuz platforma vasitəsi ilə edilir. Qeyd edək ki, bu platforma əsasən yeniyetmələrin oyun oynayıb, bunu canlı yayımla təqdim etməsi üçün yaradılıb. Hər kəs hesab açıb, canlı yayım edə bilər.