Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda II Beynəlxalq Aşıq Festivalı keçiriləcək

 

Noyabrın 10-dan 18-dək Azərbaycanda II Beynəlxalq Aşıq Festivalı keçiriləcək.

"Xeberinfo.com":Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, festivalın əsas məqsədi aşıq sənətimizin beynəlxalq aləmdə tanıdılması və təbliği, milli mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsidir.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşacaq beynəlxalq festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən də aşıqlar iştirak edəcək.

 

Festivalın açılışı noyabrın 12-də Azərbaycan Dövlət Musiqili Teatrında olacaq. Həmçinin Yevlax, Gədəbəy, Şəmkir, Qazax, Tovuz və Ucar şəhərlərində festival iştirakçılarının çıxışlarının təşkili nəzərdə tutulub.

 

Qeyd edək ki, festivalı Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Aşıqlar Birliyi birgə keçirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam