Yenixeber.org: Bu barədə prodüser Tarix Əliyev məlumat verib: “Əslində heç münasibətim yox idi, “Maşın” şouda görmüşdüm. İndi Ceyhun Qala yazdı, Anar Nağılbaz vəfat edib. Amma kaş ki, övladlarına sahib çıxardı. Təzə arvad almaq ona düşmədi”.

Reperin ölüm səbəbi daxili qanaxma olub. Spirtli içkini həddən artıq qəbul etməsi səbəbindən daxili qanaxma keçirən A.Nağılbaz, xəstəxanada dünyasını dəyişib.

Məlumatı ilk dəfə özünün şəxsi “instagram” hesabında paylaşan müğənni Ceyhun minval.info-nun əməkdaşına xəbəri təsdiqləyib: “Belə şeyin zarafatı olmaz. Allah Anara rəhmət eləsin. Ölüm səbəbini dəqiq bilmirəm, amma dünyasını dəyişməsi dəqiqdir. Bizə düşən Allahdan rəhmət diləməkdir”.

Ətraflı məlumat almağa çalışırıq.