Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Rusiyalı müğənnidən Maqomayevlə bağlı iddia:Ərimə onunla xəyanət edirdim

Rusiyalı müğənnidən Maqomayevlə bağlı iddia:

 

Bir vaxtlar Rusiyanın seks-simvolu hesab edilən Svetlana Rezanova qonaq olduğu “На самом деле” verilişində maraqlı açıqlaması ilə səs-küy yaradıb

 

Yenixeber.org:  75 yaşlı müğənni SSRİ xalq artisti Müslüm Maqomayevlə sevgili olduğunu iddia edib.

Svetlana münasibətlərinin 4 il davam etdiyini söyləyib: “Həmin ərəfədə Müslüm subay idi. Bir dəfə konsertdən sonra ikimiz qaldıq və avtoqraf yazırdıq. Çox mehribanlaşdıq və beləcə, münasibət başladı. Moskvaya gələndə görüşdük, qaldığı hotelə getdim. Qalmağımı istədi və razılaşdım. Beləcə, hər şey başladı. Burada nə var ki? Həmin ərəfədə mən ailəli idim, amma bu, onu sevməyə mane olmurdu. O vaxt ərim iş səfərlərində olurdu, mənə xəyanət edirdi. Mən də ərimə xəyanət etdim”.

Studiyaya gələn M.Maqomayevin bacısı Tatyana Zayseva Svetlananın sözlərinə əsəbiləşib və onun yalan olduğunu deyib: “Bunlar xoş olmayan fikirlərdir. Burada tək qalan və Müslüm üçün darıxan Tamara var. Bunu eşitmək, sizcə, onu incitməyəcək? Ona və bizə bu sözləri eşitmək ağırdır. Biz Maqomayevi mədəni biri kimi tanıyırıq. Bunlar yalandır. Müslüm qadın düşkünü deyildi”.

Aparıcı Dmitri Şepolov Svetlana ilə Maqomayevin bir vaxtlar sevgi yaşadığının gerçək olduğunu söyləyib.

Proqrama gələn Safaronovo sakini İrina Korotkova proqramda iddia edib ki, qızı Veronikanın atası azərbaycanlı müğənnidir. Layihə əməkdaşlarının köməyilə Veronika DNT analizinə göndərilib və məlum olub ki, onun atası M.Maqomayev deyil.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam