Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlı tələbələr Rusiyada birinci oldular -FOTO

Azərbaycanlı tələbələr Rusiyada birinci oldular -

 

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Salut Talantov” VII Beynəlxalq Musiqi Festivalında Azərbaycan Milli Konservatoriyasının İfaçılıq (Xalq Çalğı Alətləri – Tar) fakültəsinin III kurs tələbəsi Orxan Zeynalov və konservatoriyanın müəllimi Nərmin İsgəndərova (Fortepiano) ilə 1-ci yerə layiq görülüblər

 

Yenixeber.org: Bu barədə konservatoriyanın mətbuat xidmətindən bildirilib.

O.Zeynalov və N.İsgəndərova festivalda Səid Rüstəmov və Tofiq Quliyevin “Qaytağı” əsərlərini ifa ediblər.

Ümumilikdə, 45 ölkədən 850 iştirakçının qatıldığı festivalın ilk günündə təmsilçilərimiz 1-ci yerə layiq görülərək, Qala konsertə dəvət alan 25 iştirakçı siyahısına daxil ola biliblər. Qala konsertdə uğurlu çıxışla yadda qalan O.Zeynalov və N.İsgəndərova professional ifaçılıq və artistizmə görə xüsusi “Diplom”la təltif olunublar.

Xatırladaq ki, Orxan Zeynalov AMK-nın dosenti Əməkdar müəllim Yusif Vəliyevin tələbəsidir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam