Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Emin Sabitoğlunun qızı atasının "plagiat" musiqisindən DANIŞDI- AÇIQLAMA

Emin Sabitoğlunun qızı atasının "plagiat" musiqisindən DANIŞDI

 

Azərbaycanın Xalq artisti, bir çox məşhur mahnının müəllifi, çox sayda Azərbaycan filminin musiqilərinin bəstəkarı Emin Sabitoğlunun qızı Ceyran Mahmudova “İstintaq” filminin soundtrekinin plagiat olmasına münasibət bildirib.

Yenixeber.org: C.Mahmudova azərbaycanlı bəstəkarın bəstəsi ilə "Rare Bird" ingilis rok qrupunun yazdığı "Simpatiya" musiqisi arasında bənzərlik olduğunu etiraf edib:

“İstintaq” filminin musiqisi 1979-cu ildə yazılıb. Onda mən uşaq idim. Odur ki, musiqini kimin kimdən götürdüyü haqqında heç bir fikir deyə bilmərəm. Rasim Ocaqov çoxdan vəfat edib, atam da bu dünyada yoxdur. Hadisənin necə baş verdiyini haradan bilim? Musiqilər isə həqiqətən də oxşayır.

Biz SSRİ dövründə yaşayırdıq, o illərdə Azərbaycanda rok qrupları dinlənilmirdi. Radiolarda da xarici musiqilər vermirdilər. İndi siz yutub və quqldan istənilən məlumatı əldə edə, istənilən mahnını dinləyə bilirsiniz. 70-ci illərdə isə nə internet, nə xaricə çıxışımız var idi. İndiki imkanların heç biri yox idi. Bəstələrin oxşar olması bəlkə də təsadüfdür, bəlkə də bəstəkarla rejissor bu melodiyanı haradasa eşidiblər. Amma bu, sadəcə bir ehtimaldır”.

Xatırladaq ki, Axar.az saytında Emin Sabitoğlunun "İstintaq" filmi üçün yazdığı bəstəsinin plagiat olması ilə bağlı xəbər yayılıb. Xəbərdə bunlar qeyd olunub:

"Deyirlər ki, “İstintaq” filminin soundtrackı əslində ingilis rok qrupu "Rare Bird"in 1970-ci ildə bəstələdiyi "Simpatiya" əsəridi. Sonradan fransız bəstəkar Pol Moria da orkestr üçün işləyib. Bayaqdan nə qədər cəhd elədim, adını çəkdikləri musiqini qulağım gəlmir dinləməyə, birdən ağrılarım oyanar, birdən qayıdaram tərk edildiyim, tərg edildiyim yerə. Xahiş edirəm, kömək edin. Hər iki versiyanı dinləyin, yan-yana qoyun, üst-üstə çıxarın, analiz edin. Ya öldürün məni, Ya biryolluq yaşadın...

1) "Rare Bird"in 1970-ci ildə bəstələdiyi "Simpatiya" əsəri:

2) Bəstəkar Pol Morianın simfonik orkestr üçün işlədiyi versiya:

3) Emin Sabitoğlu – “İstintaq” filmi:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam