Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Sənətkarlarımızın əksəriyyəti simasız və qorxaqdır” -Tahir İmanovdan şok açıqlama

“Sənətkarlarımızın əksəriyyəti simasız və qorxaqdır” - Tahir İmanov

 

 

Əməkdar artist Tahir İmanov bəzi sənətkarları susmaqda ittiham edib. 
Xeberinfo.com:   Musavat.com-a danışan əməkdar artist Soçidə keçirilən festivalda separatçı erməni komandası ilə bağlı qalmaqalda, erməni əsilli və ermənipərəst müğənnilərin Bakıya gətirilməsi məsələsində susqunluq göstərən sənətkarları kəskin tənqid edib. 
Tahir İmanov bu cür sənətkarları simasız və qorxaq adlandırıb: “Sənətkarlarımızın əksəriyyəti simasızdır. Əksəriyyəti, hamısı... O boyda Soso Pavliaşvili ilə bağlı qalmaqal oldu. Şou-biznesdən olanlardan biri də çıxıb bir söz demədi, dəstəkləmədi. Dəstəkləyən bizim klassik musiqimizi təmsil edən, böyük sənətkarlarımız Yalçın Adıgözəlov oldu, hansı ki, onun adı heç vaxt heç bir qalmaqalda hallanmayıb. Onun adını ancaq dünyanın ən böyük səhnələrindən eşitmişik. Daha sonra kim bu məsələyə qiymət verdi, Fərhad Bədəlbəyli, Mənsum İbrahimov, Elçin Həşimov, Elnur Əhmədov... Amma dırnaq arası sənətkarların hamısı bir nəfər kimi susdu. Çünki əksəriyyəti qorxaqdır. Onlar ancaq onun-bunun arxasınca danışanda, öz şəxsi qarderobunu müzakirə edəndə, kreditlə hansı maşını aldığını açıqlayanda qorxmurlar. Millətinə, vətəninə, dövlətə və dövlətçiliyə aid bir məsələ ortalığa çıxanda hamı bir nəfər kimi susur. Təəssüflər olsun!”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam