Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Gəncə Dövlət Universitetində növbəti layihə - FOTOLAR

 

   “MÖVLANƏDƏN BARIŞ VƏ SEVGİ DAMLALARI” 

 

     Xeberinfo.com:   Türkiyə Cumhuriyyəti Baş nazirliyində Xaricdə yaşayan Türklər və Qohum Topluluqlar  Nazirliyi tərəfindən “Mövlana Mədəni Müdaxilə” proqramı çərçivəsində maliyyələşdirilən Afyonkarahisar İcra Hakimiyyəti tərəfindən koordinasiya edilən, Azərbaycan Respublikası Gəncə Dövlət Universiteti, Afyonkarahisar Bələdiyyəsi, Ərazi Milli Təhsil Müdirliyi və “Anadolu Mədəniyyət, Təhsil və Araşdırma Dərnəyi”nin layihə ortaqlığı ilə “Mövlanadan Barış və Sevgi Damlaları” adlı layihə həyata keçirilməkdədir. Həmin layihə əsasında 04 aprel 2016-cı il tarixdə Afyonkarahisar şəhərinin İcra Başçısının müavini Ahmet Ali Barış, Ərazi Ümumi Məclisinin sədri Salih Sel, Bələdiyyə başçısı Burhanettin Çoban, Bələdiyyə Məclisinin üzvü Haydar Kaya, Ərazi Milli Təhsil İdarəsinin müdir müavini Mevlüt Çinar, Anadolu Mədəniyyət, Təhsil və Araşdırma Dərnəyi Başçısı Bahri Turunc, Ərazi Milli Təhsil İdarəsinin Araşdırma-Təkmilləşdirmə Mərkəzinin işçisi və Layihə rəhbəri Göktül Akpınar və başqa qonaqlar Gəncə Dövlət Universitetində olmuşlar.
Əsas binanın akt zalında keçirilən görüşdə rektor, professor Yusif Yusibov Türkiyədən gələn nümayəndə heyətini salamlayaraq  bu gəlişin Universitet üçün şərəf olduğunu bildirdi. Çünki biz qardaş ölkələrik. Hər iki ölkəni tarixən qohumluq, eyni kökə bağlılıq birləşdirir. Azərbaycanın dar günündə həmişə qardaş Türkiyəyə araxalanmışıq, qardaş Türkiyəyə də köməyimizə çatıb.
Bildiyiniz kimi hal-hazırda cəbhədə erməni faşizmi ilə savaşdayıq. Dünyada ilk olaraq bizi dəstəkləyən siz qardaşlarımız oldunuz. Prezident sayın Ərdoğan həmişə azəri qardaşlarının yanında olacağını və daim dəstəkləyəcəyini bildirdi. Azərbaycan xalqı da öz qardaşlığına sadiqdir. Prezident İlham Əliyev Praqada keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının növbəti sammitində çıxışı zamanı Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyə ilə bağlı səsləndirdiyi fikirlərə cavabında “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!”-deyib. 
Professor Yusif Yusibov qonaqlara 4000 illik tarixə malik olan Gəncə şəhərində fəaliyyət göstərən Gəncə Dövlət Universitetinin yaranma tarixindən, müasir durumundan, beynəlxalq əlaqələrindən məlumat verdi. Onu da qeyd etdi ki, Avropa ali təhsil müəssisələri ilə müqavilələrimizin çoxalmasına baxmayaraq əsas əməkdaşlığımız “Mövlana” proqramı çərçivəsində qardaş Türkiyə Universitetləri ilə genişləndirilir. 20-dən çox ali məktəblə müqavilə imzalanıb. May ayında isə daha beş universitetlə əlaqə yaradacağıq. 
Afyonkarahisar şəhərinin İcra Başçısının müavini Ahmet Ali Barış, Bələdiyyə başçısı Burhanettin Çoban, Gəncə Dövlət Universitetinin  Elm  və  innovasiyalar üzrə  prorektoru  dosent Fəxrəddin Məmmədov öz çıxışlarında bu qardaşlıq əlaqələrini alqışlayıb, hər iki xalqın bundan sonra da daha böyük uğurlara imza atacağını bildirdilər. Türkiyəli qonaqlar Qədim Gəncədə və Gəncə Dövlət Universitetində onlara göstərilən diqqətə, qayğıya görə minnətdarlıq bildirdilər.
   Görüşdən sonra qonaqlar tədris binası ilə tanış olmuş, xatirə şəkli çəkdirmişlər.

Hörmətlə,
   


 

  

ELÇİN  CAVADOV
  Gəncə Dövlət Universiteti.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam