Redaktor seçimi
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Günün xəbəri

Parisdə “Azərbaycan şəhərciyi” təşkil edildi

 

Bu gün  Heydər Əliyev Fondu tərəfindən Parisin məşhur Luvr Muzeyinin qarşısındakı Pale Royal meydanında “Azərbaycan şəhərciyi” təşkil olunub.

"Xeberinfo.com":   Fonddan APA-ya verilən məlumata görə, “Azərbaycan Parisin ürəyində” adlanan şəhərciyin təşkilindən məqsəd xalqımızın tarixini, adət-ənənələrini və mədəniyyətini təşviq etməkdir. Şəhərcik sentyabrın 9-dək fəaliyyət göstərəcək.

 

Şəhərcikdə Azərbaycanın xalçaçılıq, dulusçuluq və digər sənətkarlıq məmulatlarının, milli geyim və musiqi alətlərimizin yer aldığı sərgi təşkil edilib. Ölkəmizi təmsil edən ustalar mis qab, şəbəkə, xalça və digər sənət nümunələri hazırlayaraq Azərbaycanın qədim və zəngin sənətkarlıq ənənələrini, onların incəliklərini izləyicilərə təqdim ediblər. Milli mətbəximizi nümayiş etdirən köşklərdə qonaqlar Azərbaycan şərablarını, içkiləri, meyvə şirələrini, eləcə də müxtəlif növ şirniyyatları, meyvə qurularını, ləziz xörəkləri dadıb və şəhərciklə bağlı xoş təəssüratlarını bölüşüblər.

 

Şəhərcikdə, həmçinin Fransada yaşayan məşhur azərbaycanlı və Azərbaycanda yaşayan fransızların əsərlərindən ibarət fotosərgi təşkil olunub. “Azərbaycanlılar və fransızlar: tanışlıq tarixi” adlı bu sərgi xalqlarımızın və ölkələrimizin həyatını tərənnüm edir. Pale Royal meydanında konsert proqramları təşkil etmək üçün səhnə də quraşdırılıb. Konsertlərdə Azərbaycan musiqisi və rəqsləri təqdim olunur.

 

“Azərbaycan şəhərciyi” ilə bərabər, Parisin 1–ci rayonunun Meriyasının inzibati binasında məşhur fotoqraf Reza Deqatinin “Azərbaycan-tolerantlıq diyarı” adlı foto-sərgisi də açılıb. Sentyabrın 3-də hər iki tədbirin rəsmi açılış mərasimi olacaq.

 

Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” Parisdə ilk dəfə 2014-cü il sentyabrın 19-dan 28-dək San Sülpis meydanında təşkil edilmişdi. Bu layihə izləyicilərdə böyük maraq doğurmuşdu. Bu marağı nəzərə alan Heydər Əliyev Fondu Parisin daha bir məşhur məkanında - Pale Royal meydanında ölkəmizin tarixini, milli mənəvi dəyərlərini, turizm imkanlarını tərənnüm edən növbəti belə bir şəhərciyi təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam