Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Erməni ordusu guya tutduğu Azərbaycan yüksəkliyindən şəkillər çəkir…-FOTOLAR

       

  Sonra da bu foto-feyklər dünya, o cümlədən Azərbaycan mənbələrinə sızır

Yenixeber.org: Azərbaycanla Ermənistan arasında Tovuzda baş verən döyüşlərin ilk günündən sonra erməni mediası onların hərbi qüvvələrinin Azərbaycan ərazisində Qaraqaya yüksəkliyini ələ keçirdikləri barədə məlumat yaymışdı. Bu dezinformasiyanın məqsədi əhali arasında panika yaratmaq idi, çünki həmin yüksəklikdən kifayət qədər böyük ərazini atəş altında saxlamaq olur. Sübut kimi redaksiyalar guya Qaraqayadan çəkilmiş şəkil də təqdim edirdilər.

Azərbaycanın Müdafiə Nazirliyi bu xəbəri təkzib etdi və diqqəti şəklin üstündəki tarixə (4 dekabr 2018) yönəltməklə, məlumatın yalan olduğunu bildirdi.

Amma Ermənistan saytları və YouTube kanalları feyki yaymaqda davam edirlər. Onlardan bəziləri hətta şəkillərin üzərində tarix səhvinin adi hal olduğunu və bunun heç nəyə dəlalət etmədiyini söyləyirlər. “Новости Армении и Азербайджана” YouTube kanalı isə eyni şəklin fonunda deyir:

“Azərbaycan tərəfinin sərhəddə təxribatından sonra… Ermənistan Respublikasının müdafiə naziri David Tonoyanın yeni taktikasına sadiq erməni hərbçiləri Tovuz rayonunun Ağdam kəndi yaxınlığında rəqibin yeni ərazilərini ələ keçiriblər”.

Kanal israr edir ki, “Tovüz rayonuna açılan mənzərənin” foroşəklini “erməni döyüşçüləri məhz yeni mövqelərdən”, yəni, Qaraqaya yüksəkliyindən çəkiblər.

Nə olar, “informasiya cəbhəsinin” erməni “döyüşçüləri” tarixi səhv sala bilərlər. Amma şəklin üzərində onun çəkildiyi yerin dəqiqi koordinatları (+040°54′32.92″/045°30′ 50.72″) və hündürlüyü (1113м) əks olunub, bunları ki fotoaparatda saxtalaşdırmaq mümkün deyil.

 

Azərbaycanda faktların yoxlanılması üzrə mütəxəssislər araşdırma aparıblar: bu şəklin nə vaxt və kim tərəfindən çəkilməsindən asılı olmayaraq, o, birmənalı Ermənistan ərazisindən çəkilib. Aşağıdakı xəritədə fotonun göstərilən koordinatlara tam uyğun gələn həkk edildiyi yer də, Azərbaycanla Ermənistan arasında sərhədin Tovuz rayonunda haradan keçdiyi də dəqiq qeyd olunub.

 

Qaldı yüksəklik. Növbəti –ikinci topoqrafik xəritəni siz hətta internetdə də tapa bilərsiniz. Orada həmin zonadakı bütün yüksəkliklər var. Aydın görsənir ki, sərhədin deyilən hissəsində Azərbaycan tərəfdə belə yüksəklik yoxdur: 1100 metrdən hündür bütün dağlar Ermənistan ərazisindədir. Şəkil isə, xatırladırıq,  1113 metrdən çəkilib.

 

Bu material, təbii ki, feykin özü xaricdə daha çox yayıldığı üçün başqa dillərdə də veriləcək. Onu Azərbaycan dilində dərc etməkdə məqsəd isə ölkə əhalisinə əyani şəkildə nümayiş etdirməkdir ki, hərbi qarşıdurmaya, o cümlədən Tovuz döyüşlərinə aid erməni mənbələrində yayılan, oradan xarici mətbuata və sosial şəbəkələrə yol tapan məlumatlara, illüstrasiyalara olduqca ehtiyatlı yanaşmaq, onları ciddi yoxlamadan yaymamaq lazımdır. Təəssüf ki, bəzən hətta öz mediamızda və sosial şəbəkələrimizdə də bunun əksi ilə qarşılaşırıq.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam