Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə Ermənistandan nə tələb edib:ABŞ vasitəsilə Ermənistana 6 şərt qoyub

 

 Onların arasında Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı ilkin şərt də olub

Yenixeber.org: Erməni ekspert Suren Sarkisyan bildirib ki, 1992-ci ildə Türkiyə Ermənistandan ərazi iddialarından imtina etməyi və Ağrı dağını gerbindən çıxarmağı tələb edib.

 “Panorama.am” saytı xəbər verir ki, onun sözlərinə görə, 7 yanvar 1992-ci ildə ABŞ rəsmi olaraq Ermənistan-Türkiyə münasibətlərini normallaşdırmaq üçün vasitəçilik missiyasının ilk mərhələsinə başlayıb:

“Əslində, bu proses 1992-ci ilin noyabrın 3-dək davam edib. Dövlət Departamenti və ABŞ Təhlükəsizlik Şurası tərəfindən artıq-qeyri-məxfi elan olunan sənədlər Amerika tərəfinin “gündəlik olaraq” vasitəçilik missiyasını yerinə yetirdiyini göstərir”.

Ekspert S.Sarkisyan Türkiyənin aşağıdakı şərtləri irəli sürdüyünü deyir:

1. “Erməni genosidi”nin beynəlxalq səviyyədə tanınması məsələsinin Ermənistanın xarici siyasət gündəliyindən çıxarılması.
2. Ermənistan Respublikasının Türkiyənin sərhədini (ərazi bütövlüyünü) tanıması.
3. Ermənistan Respublikasının Türkiyəyə qarşı ərazi iddialarının olmaması ilə bağlı bəyanatı.
4. Ermənistanın müstəqillik haqqında bəyannaməsində redaktə aparılması.
5. Ağrı dağının təsvirinin Ermənistanın gerbdən çıxarılması.
6. Ssonra isə Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı ilkin şərt əlavə edildi və gücləndirildi.

Bu, Ermənistan-Türkiyə münasibətlərini normallaşdırmaq üçün Ermənistanın qarşısına qoyulan şərlər idi.

Sonda Suren Sarkisyan əminlyini bildirib ki, indi də Türkiyənin irəli sürdüyü ilkin şərtlər dəyişməz qalır

Təbii olaraq qardaş Türkiyə həm öz, həm də Azərbaycanın maraqları baxımından hazırda Ermənistanla diplomatik əlaqələr saxlamır, sərhədləri açmır.

Ancaq bu demək deyil ki, Türkiyə bu dövlətə qarşı ərazi iddialarında bulunan, onun ərazisindəki dağı öz gerbinə yerləşdirməkdən imtina etməyən, türk xalqını düşmən kimi qələm verən Ermənistanla münasibətdə diplomatik səhvlər etməyib.

Ən yaxın tarix göstərir ki, Türkiyə Respublikası bəribaşdan belə səhvlər edib.

1. 24 dekabr 1991-ci ildə Türkiyə Ermənistan Respublikasını rəsmi olaraq tanıyıb.
2. Ermənistanla hava və quru sərhədlərini açıb.

Yalnız Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina edən Türkiyə 1993-cü ildə, Kəlbəcərin işağlından sonra Türkiyə birtərəfli qaydada Ermənistanla hava və quru sərhədlərini bağlayıb.

1995-ci ildə beynəlxalq birliyin təzyiqi ilə hava sərhədini açıb. Quru sərhədi açmaq və diplomatik münasibətlər qurmaq üçün Ermənistan ordusunn Dağlıq Qarabağdan çıxarılması da daxil olmaqla Türkiyə bir sıra şərtlər ortaya qoyur.(aztoday)

Orxan Məmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam