Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PANDEMİYANIN UZANMASI RUSİYAYA FƏLAKƏT VƏD EDİR –Ölkə "qara ssenari"dən minimum itkiylə çıxmağa hazırlaşmalıdır- TƏHLİL

Tina Kandelaki

“Exo Moskvı”, Rusiya, 24 mart 2020-ci il

 

Yenixeber.org: Aktiv fəaliyyətdə olduğumdan, düşünürəm ki, panikadan uzağam və yaranmış durumda bütün biznes proseslərini optimallaşdırmağa çalışıram. Mənim üçün iş yerlərini maksimum sayda saxlamaq və böyüyən böhranın gətirdiyi yeni imkanlardan istifadə etmək vacibdir.

Bununla birlikdə, mən də ABŞ, Almaniya, Fransa və əlbəttə, Rusiyanın müxtəlif regionlarından olan dostlarımdan gələn həyəcanlı xəbərlərin işığında gələcəyimizə baxmaq istəyirəm. Əgər bütün dünyada ən mənfi ssenarilər reallaşsa, bizə nə olacaq?

Təsəvvür edək ki, bütün dünya əhalisinin 70 %-i koronavirusa yoluxub. Pandemiya hələ bir neçə ay davam edəcək. İşsizlik hətta inkişaf etmiş ölkələrdə 30%-ə çatacaq. Ərəblər neft istehsalını maksimal səviyyələrə qaldıracaq, bazar isə kiçilməyə davam edəcək.

Bütün nəqliyyat kommunikasiyaları kəsiləcək, yalnız həyati vacib idxal saxlanılacaq. Bütün mal və xidmət istehlakı minimal dəst həddinədək azalacaq. Tələbatın olmaması üzündən bütün qiymətli kağızlar sərt şəkildə dəyərini itirəcək. İnsanlar bütün pullu xidmətlərdən imtina edəcək, yalnız televizoru və internetə girişi saxlayacaq. Dünyada yeni Buz dövrü ortaya çıxacaq. Lakin bu, pəncərə qarşısında deyil, qlobal iqtisadiyyatda meydana çıxacaq.

Bizim üçün (inanın, belə şəraitdə hər bir ölkə yalnız özü haqqında düşünəcək) belə bir ssenari “oturduğumuz” neft-qaz iynəsindən (büdcə gəlirlərinin 1/3-dən) məcburi “düşmək”,  sosial öhdəliklərin “ölməsi”, Milli Rifah Fondunun vəsaitlərinin xərclənməsi və qızıl-valyuta ehtiyatlarının azalması demək olacaq.

Kiçik və orta biznesin itkiləri nəticəsində isə büdcə gəlirləri təqribən 20% də azalacaq. Yəni, bizim hamımız üçün həyat şərtləri təxminən iki dəfə pisləşəcək. Bəli, biz birdən-birə anlayacağıq ki, şalğam və quzuqulağı heç də kərəvəz dadlı kartofdan pis deyil. Antalya və Vyanadan başqa, Anapa və Voloqda da vardır. Kimlərsə kino və konsertə getmək yerinə, disk kolleksiyasını tapıb çıxaracaq. Lakin hər zaman işin çox mühüm olan bir “amma”sı vardır.

Belə bir zarafat vardır: treninq keçdim və xərcləri necə optimallaşdırmaq lazımdır, öyrəndim. Bir ay taksiyə minmədim, kafedə yemədim və kinoya getmədim. Tam “0” manat qənaət etdim. Əslində, işin “amma”sı ondan ibarətdir ki, bizim ölkəmizdə bu zarafatın məhz onun haqqında deyildiyini söyləyəcək adamların sayı həddindən artıq çoxdur.

Ayda 50-100 min qazancı olan moskvalıların gəliri yarıbayarı azalacaq, ancaq onsuz da durumdan o qədər də razı olmayan paytaxt sakinləri dözə biləcək (baxmayaraq ki, kreditlər, xüsusilə ipoteka kreditləri iflasa yol aça bilər).

Bəs ayda 10-20 min qazancı olan voloqdalılar necə olacaq? Ələlxüsus natural təsərrüfatı olmayanlar…

Mənim mümkün nəticələri təsvir edən hər bir cümləmin arxasında çox sayda ailənin real faciəsi yatır. Bütün bunların hamısı, həqiqətən, ciddidir. Və mən ümid edirəm ki, dövlət rəhbərləri buna bənzər ssenariləri də nəzərə alırlar. Nəzərə alırlar və yaxın müddətdə vətəndaşları dəstəkləmək üçün elə tədbirlər hazırlayacaqlar ki, bizə bu durumdan mümkün minimal itki ilə çıxmağa imkan verəcək. “Yırğalanma”ğa və “yırğalama”ğa vaxt yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam