Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

Bir “moyka” iki binanın sakinlərini rəzil edib!-FOTOLAR

 

“Bir “moyka” (Avtoyuma sexi. Red.) illərdir bizim günümüzü qara, yaşayışımızı dözülməz edib”

Yenixeber.org: Paytaxtın Yasamal rayonu İzmir küçəsi 7 və 9 №-li binanın sakinləri bir “moyka”nın əsirinə çevriliblər. Məlumata görə sözügedən ünvanda heç bir qayda və normalara sığmayan “moyka” fəaliyyət göstərir. Dərdlərini yenixeber.org-a danışan bina sakinləri “moyka”nın yaratdığı narahatlığın dözülməz həddə çatdığını bildirirlər. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizovdan, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovdan kömək istəyirlər:

“İki binanın sakinlərinin rahat günü yoxdur. Bakının mərkəzi sayıla biləcək bir ünvanda heç bir qayda və normalara sığmayan “moyka”nın fəaliyyət göstərməsinə nə ad vermək olar. Nə gündüzümüz var, nə də gecəmiz. Bu “moyka”nın yaratdığı səs-küy, üstəgəl həyətdəki tıxac, palçıq, antisanitariya... Daha nələr. Sözlə ifadəsi mümkün deyil. Nə xeyirimiz xeyirdir, nə də şərimiz şər. Sakinlər o həddə çatıb ki, bu problem üzündən evini satıb, buradan qaçmaq istəyir.

Bu “moyka”nı həyətdəki İstixananın Firdos adlı işçisi işlədir. Bu adam şəxsi qazancı naminə iki binanın sakinlərinin həyatına “zəhər qatır”. Bu Firdos adlı şəxsə dəfələrlə etiraz edilsə də heç nə dəyişmir. Necə deyərlər: “Çax-çax baş ağrıdır, dəyirman öz işində”.

Orasını da deyim ki, bu “moyka”nın fəaliyyətinin qanuni olduğu da şübhəlidir-dövlətin vergisini verirmi?, Sosial ödənişini edirmi?, İşlətdiyi “moyşik”lə əmək müqaviləsi varmı? Bütün bunlar da araşdırılmalıdır.

Kimsə pul-para qazanacaq deyə, iki binanın sakinləri rahat yaşamağa həsrət qalmalıdır? Biz bir müddət əvvəl aidiyyatı dövlət strukturlarına şikayət məktubu yazsaq da nəticə olmadı. Sual olunur-axı niyə dövlət strukturları, bizim bu sahəyə məsul məmurlarımız bu eybəcərliyə, bu qanunsuzluğa göz yumur? Cənab prezident dəfələrlə məmurlara səslənir ki, vətəndaşların problemlərinə, rahat yaşamalarına həssas yanaşsınlar. Buna baxmayaraq bir “moyka” illərdir bizim günümüzü qara, yaşayışımızı dözülməz edib.

Biz Sizin redaksiya vasitəsi ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizovdan, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovdan xahiş edirik ki, İzmir küçəsi 7 və 9 №-li binanın sakinlərinin bu dərdinin, probleminin tez bir zamanda həllini təmin etsinlər. Ümüd edirik ki, cənab Eldar Əzizovun, cənab Elşad Həsənovun sayəsində digər yüksək instansiyalara müraciət etməyimizə ehtiyac qalmayacaq”.

Biz yenixeber.org olaraq fəaliyyətindən şikayət olunan avtoyuma sexinin sahibini də dinləmək istədik. Təəssüf ki, cəhdimiz nəticəsiz oldu.   

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam