Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rəfael Cəbrayılov sərvətini İstanbula daşıdı -Dünyamin Xəlilov nümunəsi təkrarlana bilər?

Rəfael Cəbrayılov sərvətini İstanbula daşıdı
Milli Məclisin deputatı Rəfael Cəbrayılovun dələduzluq yolu ilə əldə etdiyi sərvəti Türkiyəyə daşıdığı bildirilir.

Yenixeber.org: Adı müxtəlif dələduzluq əməllərində hallanan deputat Rəfael Cəbrayılovun mandatdan məhrum edilməsi artıq qaçılmaz zərurətə çevrilib.

Deputat Rəfael Cəbrayılovun dələduzluğu ilə üzləşərək, külli miqdarda maddi zərərə uğrayan iş adamları “millət vəkili”nin onlara vurduğu ziyanı hələ də ödətdirə bilməyiblər.

İş adamlarından fırıldaqla mənimsədiyi irihəcmli vəsaiti geri qaytarmaqdan müxtəlif bəhanələrlə yayınan Cəbrayılov bununla zərərçəkmişlərin canını boğazına yığıb. Onlar deputatın bu dələduzluğu ilə bağlı parlament rəhbərliyinə müraciət etsələr də, bu addım problemin həllinə təsir göstərməyib.

Cəbrayılov iş adamlarından alaraq mənimsədiyi pulları niyə qaytarmır? Doğrudanmı, o, maddi baxımdan bu qədər ağır vəziyyətə düşüb? Qətiyyən! Deputatın özünə və qardaşına məxsus biznes şəbəkəsi fəaliyyətdədir və yəqin ki, gəlirləri stabildir.

Ancaq əldə olunan məlumata görə, Cəbrayılov Azərbaycandakı sərvətinin qardaşının vasitəsilə Türkiyəyə, konkret, İstanbula daşıyaraq, burada özünü miskin görkəmdə göstərməyə çalışır. Yəqin belə bir obraza girməklə, onun dələduzluğunun qurbanı olmuş iş adamlarının bir gün öz şikayətlərindən vaz keçəcəklərinə ümid edir…

Təbii ki, necə seçilməsindən asılı olmayaraq, millət vəkili statusunu daşıyan şəxsin adının dələduzluq əməlində hallanması dövlətin, hakimiyyət bölgüsündə öndə gələn ali qanunvericilik orqanının nüfuzuna ciddi zərbə vurur. Ancaq görünən budur ki, iş adamlarına vurduğu zərəri qarşılamq niyyətində olmayan Cəbrayılov üçün əsas olan dövlətin nüfuzu yox, şəxsi maraqlarıdır. Əks halda, o, adının-soyadının dələduzluq sinoniminə çevrilməsinə razı olmazdı.

Xatırladaq ki, deputatın “fırıldaq toru”na düşən iş adamları Cəbrayılovun deputat mandatından məhrum edilməsi, toxunulmazlığının götürülməsi və barəsində qanun çərçivəsində ölçü götürülməsinə çağırış etmişdilər. Həqiqətən də, yerinə düşən təşəbbüsdür. Bu mənada, sabiq həmkarı, müxtəlif irimiqyaslı dələduzluğuq əməllərinə görə uzun müddətə azadlıqdan məhrum edilmiş keçmiş deputat Dünyamin Xəlilovun aqibəti Cəbrayılov üçün “nümunə” seçilə bilər.(yeniçağ)

Mövzuya qayıdacağıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam