Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xüsusi notarius Famil Sabitovun Avropada biznesi-FAKTLAR

 1 saylı notariat kontorunun xüsusi notariusu cənab Famil Sabitov Avropanın iki ölkəsində daşınmaz əmlak şirkətləri açıb.
Yenixeber.org: Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin daha bir araşdırması ilə oxucularımızı tanış edirik. Cavanşir Həsənli soaial şəbəkədə paylaşdığı statusunda1 saylı notariat kontorunun xüsusi notariusu cənab Famil Sabitovun Avropadakı biznesindən yazır:

"Sözügedən kontorun xüsusi müştəriləri var. Burada əsasən rəsmi qurumlar, dövlət şirkətləri, yüksək vəzifəli məmurlar və onlara bağlı şirkətlər üçün notarial xidmət göstərilir. Azərbaycandan xaricə, xüsusilə Avropa ölkələrinə daşınan şübhəli, hətta korrupsiya mənşəli vəsaitlər hesabına təsis edilən çoxsaylı şirkətlərlə bağlı tələb olunan sənədlərin, vəkalətnamələrin böyük qismi bu kontorda təsdiqlənir, arxivləşdirilir.
Famil Sabitov Avropada ilk şirkətini - FASEKASA SRO-nu 2008-ci il yanvarın 28-də Çexiya paytaxtında qeydiyyatdan (qeydiyyat nömrəsi: C 134552) keçirib.
Sənədlərə görə şirkətin 50 faizlik hissəsi Əlixanlı küçəsində qeydiyyatda olan, 1965-ci il təvəllüdlü Famil Sabitova, qalan 50 faizlik qismi isə onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Sevda Sabitovaya aiddir. 2016-cı ilin maliyyə hesabatına görə, daşınmaz əmlak biznesi ilə məşğul şirkətin aktivləri 8 milyon çex kronu, yaxud 350 min dollar civarındadır. Bu şirkət üzərindən Sabitovlar ailəsi Praqada, Jeřabinová 5 ünvanında daşınmaz əmlak sahibi olublar.
Sabitovlar ailəsinin əsas yatırım etdikləri ölkə Almaniyadır. 2011-ci il noyabrın 2-də Famil Sabitov həyat yoldaşının və Azərbaycan Dillər Universitetinin müəlliməsi, notarial tərcümə xidməti göstərən Aida Süleymanovanın iştirakı ilə Almaniyanın paytaxtının Charlottenburg ədliyyəsində 211845 saylı şəhadətnamə ilə SESA IMMOBILIEN GMBH-ni qeydiyyatdan keçirib. Ortaqlar təkcə 2013-cü il ərzində bu şirkət üzərindən Almaniyada daşınmaz əmlaka 2 milyon 428 min avro yatırıblar. 2017-ci ilin iyulundan şirkət Hannoverdə fəaliyyətini davam etdirir.
Şirkətin qeydiyyatda olduğu Hannover yaxınlığındakı GINSTERWEG 4, D-31515 WUNSTORF ünvanında TAMCO IMMOBILIEN GMBH adlı daha bir şirkət qeydiyyatdadır. Onun təsisçiləri Aida Süleymanova və onun həyat yoldaşı Salman Süleymanovadır.
Maraqlıdır ki, bu şirkətin sənədlərində Sevda Sabitovanın və ortaqlarının yaşayış yeri Azərbaycan Respublikası deyil, Çexiya göstərilir.
Aida Salmanovanın həyat yoldaşı və qaynı Azər Süleymanovun Çexiyada 2010-cu ildə qeydiyyatdan keçirdikləri NEW WAY COMPANY SRO ("Yeni Yol") şirkətinin ortaqlarından biri 3 saylı notariat kontorunun xüsusi notariusu Telman Mustafazadənin oğlu Tural Mustafazadədir".

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam