Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Günahlar şəhəri”ində batan Azərbaycan pulları-Alman Məhkəməsi 2 milyonluq iddianı təmin edib

 

Almaniya məhkəməsi məşhur rusiyalı kino prodüseri Aleksandr Rodnyanskinin Kiprdə qeydiyyatdan keçmiş “AR Films” şirkətinin Azərbaycan Beynəlxalq Bankının törəmə bankı “MBA-Moskva”ya olan kredit borcuna görə 2 milyon dollar ödəməli olduğu haqda hökm çıxarıb. 

Yenixeber.org: “Kommersant” xəbər verir ki, Rusiyanın özündə də Rodnyanskinin keçmiş azərbaycanlı partnyorlarının iddiası əsasında onun şirkətinin “törəməsinin” müflis elan edilməsi məsələsinə baxılır.

Alman məhkəməsinin qərarında göstərilir ki, “A Company Filmed Entertainment AG” prodüser şirkətinin müflisləşmə prosesindəki müvəqqəti idarəçisi Tornesten Martininin “AR Films” şirkətindən 2 milyon dollar borcun alınmasına dair iddiası təmin olunur. Şirkətə qarşı ümumi borc tələbi 9 milyon dollardır. Məhkəmə çəkişməsi bununla əlaqədardır ki, “A Company” müflisləşməzdən əvvəl ona nəzarət edən “AR Films” həmin vəsaiti şirkətin hesablarından çıxarıb.

 

Aleksandr van Dülmen tərəfindən əsası qoyulan “A Company” kino istehsalı və distribütorluğu ilə məşğul olurdu. Aleksandr Rodnyanski 2011-ci ildə bu şirkətə yatırım qoyaraq iri beynəlxalq distribütora çevrilməyi planlaşdırıb. Onun “AR Films” şirkəti “A Company” üzərində nəzarəti əldə edib. Tezliklə “A Company” Rusiyada “A Company Distribution” adlı törəmə şirkət açıb. Amma bir neçə il sonra Ukraynadakı böhran və Rusiya kino bazarındakı çöküşlə bağlı şirkətin problemləri başlayıb. Şirkət 2015-ci ildə özünü müflis elan edib.

Amma həmin vaxta qədər “A Company” Rusiyadakı Azərbaycan bankından milyonlarla dollar kredit almışdı. Və həmin pulları geri qaytarmamışdı.

“A Company” şirkətinə yaxın mənbə deyib ki, Azərbaycan bankı şirkətə “Günahlar şəhəri 2” filminin distribütorluq hüququnu əldə etmək üçün kredit ayırmışdı. Həmin filmin prodüserliyində “AR Films” iştirak edirdi. Lakin pullar geri qayıtmayıb. Çünki film prokatda özünü doğrultmayıb və Rusiya kinoteatrlarında cəmi 267 milyon rubl toplayıb. Filmin büdcəsi isə 65 milyon dollar idi.  Bu büdcədə distribütorun payını (120 milyon rubl) “A Company” Amerikanın “Aldamisa Rus” şirkətinə güzəştə gedib. Bu da azərbaycanlı partnyorların narazılığına səbəb olub. Belə ki, “AR Films” ilk növbədə filmin amerikalı investorlarının pullarını qaytarmağı hesablayırdı.

"Canik" bu filmə milyonlar vermişdi...

Nəticədə “MBA-Moskva”nın rəhbərliyinin dəyişməsindən sonra “AR Films”dən “A Company” şirkətinə verilmiş kreditin geri qaytarılması tələb olunub. Şirkətin törəməsi isə 2018-ci ilin fevralında bankın iddiası əsasında Rusiyada müflis elan edilib. Bank və onun strukturları Rodnyanskinin şirkətlərindən cəmi 426 milyon rubl tələb edir.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam