VAŞİNQTON TÜRKİYƏNİ KÜNCƏ SIXIR –İki ölkənin münasibətləri partlayış həddinə çatıb
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bildirib ki, amerikalı həmkarı Donald Trampla ən yaxın vaxtda görüş keçirə bilər. Harada, haçan və hansı formatda – bəlli deyil. Gözlənildiyi kimi, Ağ Evin başçısı 3-5 iyunda Böyük Britaniyaya səfərə yollanacaq, 6 iyunda isə müttəfiq qoşunların Normandiyaya çıxarılmasının 75 illiyi şərəfinə mərasimlərə qatılacağı Fransaya baş çəkəcək.
Yenixeber.org: Yada salaq ki, Ərdoğan Trampın bu il martın 31-də keçirilən bələdiyyə seçkilərindən sonra Türkiyəyə gəlmək niyyətindən artıq xəbər vermişdi. Türkiyə prezidenti qabaqlar, 2018-ci ilin dekabrında Amerika prezidentini Ankaraya dəvət etmişdi. Ərdoğan CNN telekanalına müsahibədə söyləmişdi ki, “Trampdan Amerikaya gəlmək dəvəti alıb”, amma deyib ki, “öncə onu Türkiyədə gözləyirəm”. ABŞ buna qeyri-müəyəyn reaksiya verərək bildirib ki, “ola bilsin, belə bir səfər baş tutar, amma yalnız 2019-ci il boyunca”, “bu, Amerika prezidentinin plan və proqramlarından asılı olacaq”. Bir sözlə, Tramp Ərdoğanla şəxsi təmasdan qaçır, amma sonuncu hamını əmin edir ki, amerikalı həmkarıyla “bir çox problemləri asanlıqla həl etmək” imkanı verən “çox yaxşı münasibətləri var”. Türkiyə prezidentinin kürəkəni, Türkiyənin maliyyə naziri Berat Albayrak Tramp və Ərdoğan arasında görüşü hazırlamaq üçün məxsusi ABŞ-a uçub. O, Trampın kürəkəni Cared Kuşnerlə danışıqlar apararaq, “Bloomberg”in iddia etdiyi kimi, “Türkiyə və ABŞ-ın qarşılıqlı münasibətlərində var olan problemlərin həllini prezidentlər səviyyəsinə” çıxardıb.
Vaşinqton və Ankara arasında bu yaxınlara qədər əsas maneə Türkiyənin Rusiyanın S-400 zenit raketi kompleksini alması haqda məsələ idi. Amerikalılar buna qarşı qəti çıxış edirlər, amma türklər Rusiya ilə sazişi “baş tutmuş fakt”elan edərək Vaşinqtonun “Patriot” zenit raketi kompleksini almaq üçün onlarla danışıqları sürdürmək niyyətindən imtina etmirlər. Bu arada Tramp administrasiyası sanksiyaların Damokl qılıncını Ankaranın başı üzərində asılı tutub, F-35 təyyarələrini satmaqdan imtina hədəsi gələrək bildirir ki, öz qırıcısının Moskvanın S-400 üzərindən əldə edə biləcəyi texnoloji üstünlüyünü itirməkdən ehtiyat edir. Düzdür, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bildirib ki, Tramp bu günlərdəki telefon danışığında guya S-400 problemini tənzimləmək və F-35-lərin tədarüküylə bağlı məsələni həll etməyə söz verib. Lakin ABŞ vitse-prezidenti Mayk Pens Vaşinqtonda NATO sammitində Türkiyəyə ultimatum verərək Rusiya silahı və NATO-ya üzvlük arasında seçim təklif edib.
Türkiyənin vitse-prezidneti Fuat Oktay Pensə cavab verib: “ABŞ da seçməlidir. Türkiyənin müttəfiqi kimi qalmaq istəyirmi, yoxsa NATO-nun müttəfiqinin düşmənlərdən qorunmasını sarsıdaraq gücünü terrorçularla birləşdirib bizimlə dostluğunu riskə qoymaq istəyir?” Problem təkcə S-400-də deyil. ABŞ və Türkiyənin fikir ayrılıqları son illərdə rəngarəng xarakter almağa başlayıb: Ankara Amerikanın Suriyada kürdlərə dəstəyinə qarşı çıxır, Amerikanın Kiprdə baza qurmaq planları və NATO gəmilərinin Qara dənizdəki iştirakı üzündən gərginlik, Aralıq dənizi bölgəsində Yunanıstan və İsrailə dəstəyi ona xoş gəlmir. Bütün Yaxın Şərqdə amerikalılarla bağlı xeyli problem göstərilib, özəlliklə Türkiyə İrana basqıya qoşulmağa hazırlaşmır. Ankaranı on illər boyu Avropa Birliyinə qəbul etmir və bölgədə müstəqil geopolitik rol oynamasına mane olurlar.
İndi Tramp 2019-cu il mayın başlanğıcından Tehrandan neft alqısına görə başqa ölkələri Amerika sanksiyalarının təsirindən çıxarmamaq qərarı aldıqdan sonra Türkiyənin daha bir problemi meydana çıxıb: ona İran neftini almaqdan imtina təklif edirlər. Ərdoğan bildirib ki, ABŞ-a boyun əyməyəcək, axı indiki anda Türkiyədə istehlak edilən neftin 27%-i və qazın 17%-i İrandan gəlir. Vaşinqton Ankaranın təkcə siyasi deyil, həm də xalis iqtisadi təsəvvürlər üzündən İran neftindən imtina edə bilməyəcəyini anlayaraq cərimə tədbirlərinə əl ata bilər. Türkiyə onun ən böyük alıcısı olmasa da (bu, Çin və Hindistandır), ondan hamıdan daha güclü asılıdır. Yəni İran neftinin alqısını uzatmağa əlavə icazə almağa şansı olmadan Tramp administrasiyasının “maksimal basqı” kampnaniyasının təzyiqi altında qalır. Bununla yanaşı, türklərin həm S-400-ə, həm də İran neftinə münasibətdə hərəkəti Vaşinqton tərəfindən “meydan oxumaq” kimi dəyərləndirilir.
Vaşinqton bu durumda ümid edir ki, Tramp və Ərdoğan arasında görüş və danışıqlar zamanı ikinci, heç olmasa, yönlərdən birində – S-400, ya da İran nefti – “tərki-silah haqda akt” imzalamalı olacaq. Türkiyənin “Milliyet” qəzetinin dəyərləndirdiyinə görə, “Ankaranı təkcə Qərbin hərbi və iqitsadi dəstəyindən məhrum etməyəgüvənməklə deyil, həm də NATO-nun təhlükəsizliyinə ən ciddi təhdidləri önləməkdə önəmli rol oynamağı buraxmağına işarə edərək Rubikonu keçməyə vadar edirlər”. Nəşrin fikrincə, sonra “Türkiyəni birgə hərbi fəaliyyət proqramlarında məhdudlaşdıracaqlar, ABŞ zəruri halda isə Almaniyanın örnəyini izləyərək İncirlik aviabazasındakı kontingenti çıxarda bilər”.
Düzdür, 1998-2001-ci illərdə Belçikada NATO-nun keçmiş briqada generalı Naim Babüroğlunun dediyi kimi, “NATO nizamnaməsinin 14 maddəsinin heç birində hansısa ölkənin alyansdan çıxdaşı haqda yazılmayıb, amma alyansın istənilən üzvü öz istəyi ilə NATO-nun hərbi və siyasi qanadından ayrıla bilər”.
Amma iş buna kimi gedib çatarmı? Hələlik güman etmirəm, amma ABŞ Türkiyə üçün problemlər yaradaraq təkcə Türkiyənin müxalif güclərini möhkəmləndirmək deyil, həm də hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) daxilində problemlər yaratmağa çalışır. Amerikanın “The Atlantic” nəşri bunu açıq yazaraq iddia edir ki, “Qərblə münasibətlər korlandıqca Ərdoğan siyasi və sosial dayaqdan məhrum olur, liberalların, həm də prezidenti qeyri-ardıcıllıqda qınayan islamçıların çoxu ƏİP-i tərk edib”. Amma “Sabah” qəzetinin yazdığı kimi, “Türkiyədə türklərin geri çəkilməli olmadıqlarını hesab edən güclər var” və “bu yoldan çıxılsa, bunun təkcə iqtisadi deyil, həm də strateji itkiləri olacaq ki, bunun da ölkə üçün çarəsiz nəticələri olacaq”.
ABŞ da dərindən düşünür. “Foreign Policу” Trampı Ərdoğana münasibətdə “güc diplomatiyası deyil, ağıllı diplomatiya sərgiləməyə və onu Qərb düşərgəsinin düzgün yoluna döndərməyə”, onu ya-ya da seçimi durumuna qovmağa deyil, “taktiki manevr imkanları” qoymağa, Suriyada kürdlərin “Xalq Özünümüdafiə Dəstələri”nə (YPG) dəstəkdən əl çəkməyə çağırır.
Ola bilsin, Ərdoğana indiyə kimi elə gəlir ki, Tramp bütün problemləri tənzimləməkdən yana özünün prezident səlahiyyətlərindən yararlanacaq, çünki türklərin təsəvvüründə ABŞ-ın Türkiyəyə münasibətdə uzunmüddətli sanksiyalar hərəkətinin bütün NATO üçün uzunmüddətli strateji nəticələri olacaq. Lakin belə bir “qarışılıqlı bağışlama” haqda ideya hələlik Ağ Ev üçün mümkünsüz görünür: tərəflərin tələblər arşını çox böyükdür. İki ölkənin münasibətlərində yaranmış “partlayş qatışığı” ikitərəfli münasibətlərin olduqca ciddi qəlizliyinə apara bilər, təkcə Türkiyə deyil, həm də bütün Yaxın Şərq üçün mürəkkəb nəticələri olacaq. Ərdoğan başqa ölkələrin liderlərilə bərabər dialoq aparmağa üstünlük verən iradəli və qətiyyətli siyasətçidir. Bəs Tramp? Tərcümə: Strateq.az
Stanislav Tarasov
regnum.ru, 28.04.2019