Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kəmaləddin Heydərovun Almaniyadakı biznesi tirajlandı-(FOTOFAKT)

 

Yenixeber.org: Ötən dəfə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun İngiltərədəki çoxsaylı şirkətləri ilə bağlı sənədlərin kiçik bir qismini diqqətinizə çatdırmışdım. Bu dəfəki araşdırma isə onun Almaniyadakı biznesini əhatə edir.

İngiltərədən fərqli olaraq, cənab Heydərov Almaniyadakı şirkətlərin təsis olunmasında oğlanlarının birbaşa iştirakını təmin edə bilməyib. Buna səbəb İngiltərədən fərqli olaraq, Almaniyanın xarici kapitalın mənbəyilə bağlı məsələyə daha həssas yanaşmasıdır. Yəni beynəlxalq səviyyədə ən müxtəlif hesabatlarda, xarici mətbuatda Heydərov kimi monopolist, korrulsioner imic qazanmış birisinin öz ailə üzvlərinin hansısa birinin adına bu ölkədə kapital qoymaq sadəcə mümkün deyil.

Bəs Kəmaləddin Heydərov o pulları Almaniyaya necə yatıra bilib?

Nazirin Almaniya sevdasının tarixçəsi də Londondan başlayır. Belə ki, 2003-cü ildə Kəmaləddin Heydərovun oğlu Tale Heydərov Londonda oxuduğu İqtisadi və siyasi elmlər məktəbində (London School of Economics and Political Science) bakalavr təhsili alan İran əsilli Almaniya vətəndaşı Şahin Namati-Nasab ilə tanış olur, dostluq münasibətləri qurur. O zaman FHN hələ yaradılmamışdı, Kəmaləddin Heydərov Gömrük Komitəsinə rəhbərlik edirdi. 2006-cı ildə atasının fövqəladə hallar naziri təyin olunmasının ardlnca London Azərbaycan Cəmiyyətini yaradan Tale Heydərov Şahin Namati-Nasabı da təşkilata cəlb edir. 2008-ci ildən Avropa Azərbaycan Cəmiyyəti adlanan qurumun Almaniya şöbəsi Şahin Namati-Nasaba həvalə edilir. 2010-cu ildə “Avropa Azərbaycan Cəmiyyəti Almaniya” Gmbh 25 min avro nizamnamə kapitalı ilə Şahin Namati-Nasabın adına qeydiyyatdan keçirilir və Charlottenburg (Berlin) ədliyyəsində HRB 135324 B saylı şəhadətnamə alır. Hazırda ofisi Berlinin mərkəzindəki Bellevuestr. 1 ünvanında yerləşir.

Heydərovların Almaniyadakı şirkətləri məhz Şahin Namati-Nasabla Tale Heydərovun Londondakı məktəbdən başlayan dostluğu üzərində qurulur.

Heydərovların təqdimatı ilə Şahin Namati-Nasab Azərbaycan hakimiyyətinin sevimlisinə çevrilir, Azərbaycanı səfirliyi ilə sıx münasibətlər qurur, tədbirlərə dəvət olunur. Qarabağ və Xocalı ilə bağlı tədbirlərə qatılır.

Və 2018-ci ilin iyulunda KARABAKH COLLECTION GMBH adlı moda şirkəti açır.

Gerçəkdən…25 min avro nizamnamə kapitalı ilə

Charlottenburg (Berlin) ədliyyəsində qeydiyyata alınmış bu şirkətin nizamnaməsində fəaliyyət sahəsi moda kolleksiyalarının yaradılması, pazarlanması ve dağıtılması, Almaniya və digər ölkələrdə moda ve tekstil sənayesi üzrə ticarət və vasitəçilik kimi təsnif olunur. Bu şirkət də Berlin Bellevuestr. 1-də, yəni Avropa Azərbaycan Cəmiyyəti Almaniya Gmbh-nin ofisində yerləşir.

Şahin Namati-Nasabın adına rəsmiləşdirilmiş daha bir şirkət CONSTRUCTION MANAGEMENT SUPERVISION GMBH-dir.
Şirkət 2014-cü il aprelin 6-da Essen şəhər ədliyyəsində qeydiyyatdan keçirilib və HRB 25363 saylı lisenziya alıb. İnşaat, təmir, tikinti-layihə, daşınmaz əmlak idarəçiliyi, eləcə də iqtisadi və siyasi (!) konsultasiya xidmətləri ilə məşğuldur.

Aktivləri 1.5 miyon avro, 2017-ci il maliyyə hesabatına görə gəlirləri 634 min avro göstərilir.
Kəmaləddin Heydərov Almaniyada təsis etdiyi şirkətlərin bir qismini də Şahin Namati-Nasabın atası Davud Namati-Nasabın adına rəsmiləşdirib.

69 yaşlı Davud Namati-Nasabı Heydərovlarla tanışlığa qədər kitab və jurnalların topdan və pərakəndə satışı ilə məşğul olan TMC TURQUOISE MEDIA COMPANY GMBH-nin sahibi olub. Şirkət Essen şəhərindəki Lindenhalle 75 ünvanında yerləşib.

20 oktyabr 2009-cu ildə Heydərovlar Gilan Holdinqə bağlı UEI şirkətlər qrupunun bir qolunu Almaniyada qeydiyyatdan keçirir. 25 min avro nizamnamə kapitalı ilə İran əsilli Almaniya vətəndaşı Davud Namati-Nasabın adına rəsmiləşdirilən yeni şirkət UEİ UNİTED ENTERPRİSES INTERNATİONAL GmbH (qeydiyyat nömrəsi HRB 62003) adlanır.

Əvvəllər Heydərovlarln şirkətlərinin böyük qisminin cəmləşdiyi Düsseldorf Graf-Adolf-Platz 15 ünvanında yerləşən şirkət sonradan Essendəki Lindenallee 75 ünvanındakı dördmərtəbəli binada fəaliyyət göstərib. Şirkət turizm xidmətləri və komission fəaliyyətilə məşğul olub.

Ötən il oktyabrın 22-də şirkətin direktoru Davud Namati-Nasabın Düsseldorf ədliyyəsinə müraciəti əsasında UEI United Enterprises International GmbH-nin adı dəyişdirilir və OAKTREE NRW Gmbh yeni nizamnaməyə əsasən daşlmmaz əmlakın, mülklərin, torpaqların alqı-satqı və idarə olunması ilə məşğuldur.

Düsseldorf maliyyə idarəsinə 31 mart 2017-ci ildə təqdim olunan illik hesabata görə şirkətin aktivləri 990 min avro, ehtiyat sərmayələri isə 1,670 milyon avro təşkil edib.

Bu Heydərovların Davud Namati-Nasabın adına rəsmiləşdirdikləri yeganə şirkət deyil. United Enterprises International GmbH-nin qeydiyyatlndan cəmi iki ay sonra, yəni 2009-cu ilin noyabr ayının 10-da, cəmi bir gün ərzində Heydərovlar Almaniyada daha 3 şirkəti – UEI KASPİAN SEA CAVİAR GmbH, UEI CAY GMBH və UEI JUICES GMBH-ni qeydiyyatdan keçirirlər. Bundan bir həftə sonra noyabrın 17-də Heydərovların 4-cü şirkəti UEI AZERBAIJAN CARPETS GMBH təsis olunur.

UEI KASPİAN SEA CAVİAR GmbH şirkəti də Davud Namati-Nasabın adına təsus olunur və Düsseldorf ədliyyəsində 25 min avro nizamnamə kapitalı ilə HRB 62155 saylı lisenziya alır. Şirkət ilk əvvəl Graf-Adolf-Platz 15, daha sonra Essendə, Lindenallee 75 ünvanında fəaliyyət göstərib. Fəaliyyət sahəsi əsasən ərzaq məhsullarının (adından göründüyü kimi qara kürü və xüsusi növdən olan nərə, beluqa kimi nadir növ balıq məhsullarının) ixrac-idxalı, topdan və pərakəndə satışını həyata keçirmək olub. Hətta bu məqsədlə o zaman Düsseldorf şəhərində Königstrasse küçəsində ixtisaslaşmış mağaza açılmışdı. Maliyyə sənədlərinə əsasən cəmi aktivləri 450 min avro təşkil edib. Şirkət 2017-ci ilin noyabrın 10-da ləğv edilib.

UEI JUICES GMBH 
Rəsmi təsisçi: Davud Namati-Nasab.
Nizamnamə kapitalı: 25 min avro.
Fəaliyyət sferası: Əsasən meyvə şirələrinin (Jalə məhsulları) idxal və ixracı, topdan və pərakəndə satışı.
Qeydiyyat ünvanı: öncə Düsseldorf Graf-Adolf-Platz 15, daha sonra Essen Lindenallee 75.
Şəhadətnamə nömrəsi: HRB 62147, Düsseldorf ədliyyə idarəsi.
396 min avro ehtiyat sərmayəsi olub.
Şirkət 22 iyun 2017-ci ildə ləğv olunub.

UEI CAY GMBH
Rəsmi təsisçi: Davud Namati-Nasab.
Nizamnamə kapitalı: 25 min avro.
Fəaliyyət sferası: Əsasən çay və çay məhsullarının idxal və ixracı, topdan və pərakəndə satışı.
Qeydiyyat ünvanı: öncə Düsseldorf Graf-Adolf-Platz 15, daha sonra Essen Lindenallee 75.
Şəhadətnamə nömrəsi: HRB 62146, Düsseldorf ədliyyə idarəsi.
Aktivləri 100 min avroya yaxın, ehtiyat sərmayəsi isə 547 min avro təşkil edib.
4 noyabr 2016-cı ildə şirkət ləğv olunub.

UEI AZERBAIJAN CARPETS GMBH
Rəsmi təsisçi: Davud Namati-Nasab.
Nizamnamə kapitalı: 25 min avro.
Fəaliyyət sferası: Əsasən xalça və kilimlərin, döşəmə örtüklərinin idxal və ixracı, topdan və pərakəndə satışı.

Qeydiyyat ünvanı: öncə Düsseldorf Graf-Adolf-Platz 15, daha sonra Essen Lindenallee 75.
Şəhadətnamə nömrəsi: HRB 62157, Düsseldorf ədliyyə idarəsi.
Ehtiyat sərmayəsi 308 min avro təşkil edib.
9 noyabr noyabr 2017-ci ildə şirkət ləğv olunub.(aztoday.az)

Cavanşir Həsənli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam