Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

SAAKAŞVİLİNİN ADAMI, ÇAXIR BİZNESMENİ… –Gürcüstanın yeni prezidenti o olacaq

gurcu secki2016

Azərbaycanın yaxın qonşusu və strateji tərəfdaşı sayılan Gürcüstan özünə yeni prezident seçir. Oktyabrın 28-də keçiriləcək bu seçki bir sıra cəhətlərinə görə, əlamətdardır.

Yenixeber.org: Əvvəlcə onu qeyd edək ki, gürcülər bundan sonra bir daha prezident seçməyəcəklər. Çünki yeni konstitusiyaya görə, 2023-cü ildə ölkə tamamilə parlament idarəetmə formasına keçəcək. Hazırda isə Gürcüstanın birbaşa xalq tərəfindən seçilən son prezidenti olmaq uğrunda 25 namizəd mübarizə aparır. Və maraqlıdır ki, həmin namizədlər arasında hazırki prezident Giorgi Marqvelaşvili yoxdur. İkinci dəfə seçilmək şansından imtina edən hazırki prezident, bununla bir növ Gürcüstanın Avropa dəyərlərinə və demokratiya prinsiplərinə nə dərəcədə yaxınlaşdığını ortaya qoymuş oldu…

                                     İvanişvili, yoxsa Saakaşvili qalib gələcək?

Yeni konstitusiyaya görə, prezidentin səlahiyyətləri o qədər məhdudlaşdırılıb ki, bu vəzifəni hətta simvolik adlandırmaq olar. Lakin buna baxmayaraq, həmin post uğrunda olduqca qızğın mübarizə getməkdədir. Və hamıya bəllidir ki, əsas namizədlərin adları başqa olsa da, əslində mübarizə Mixail Saakaşvili ilə hazırki iqtidar partiyasının rəhbəri Bidzina İvanişvili arasında gedir.

saak

Hakim partiyanı vaxtilə Saakaşvilinin Fransadan dəvət edərək ölkəyə gətirdiyi və xarici işlər naziri təyin etdiyi, sonradan isə ona asi düşən xanım Salome Zurabişvili təmsil edir. B.İvanişvili Gürcüstan televiziyalarına son müsahibəsində xanım siyasətçini tam dəstəklədiyini bildirib. Hətta onun Rusiyanın 2008-ci ildə Gürcüstana təcavüzünə görə rəsmi Moskvanı yox, Saakaşvilini günahlandırmasına da haqq qazandırıb.

Xatırladaq ki, S.Zurabişvili öz kitabında Gürcüstanın Cənubi Osetiyada suverenliyini bərpa etmə cəhdi barədə “Saakaşvili öz əhalisini bombalayıb” fikrini yazmaqla, Rusiyanın təcavüzünə dolayısı ilə haqq qazandırmış olub və Rusiya rəhbərliyi onun bu fikirlərinə çox tez-tez istinad edir. Gürcüstanda çoxları bu fikri ölkə üçün olduqca zərərli saysalar da, İvanişvilinin Saakaşviliyə olan nifrəti bunu etiraf etməyə imkan vermir. Nəticədə bu və digər amillər hakim partiyanın və onun namizədinin mövqeyini daha da zəiflədib və hazırda S.Zurabişvilinin prezidentlik şansı olduqca zəif görünür. Son rəy sorğuları onun nəinki qalib gələcəyini, heç ikinci də ola bilməyəcəyini göstərir. Əsas mübarizənin isə Saakaşvilinin hazırda müxalifətdə olan tərəfdarı Qriqol Vaşadze və yenə uzun müddət Saakaşvilinin partiyasında təmsil olunmuş və ötən il ondan ayrılan David Bakradze arasında gedəcəyi gözlənilir. Bu o deməkdir ki, istənilən halda, İvanişvili bu seçkini Saakaşviliyə uduzacaq…

                      Arvadı balet ustası, özü çaxır biznesmeni…

vasadze

Hazırda Gürcüstanda əksər müşahidəçilər prezidentin kimliyinin yalnız ikinci turdan sonra müəyyənləşəcəyi qənaətindədir. Əsas namizədlər isə Saakaşvilinin “Güc Birlikdədir” İttifaqının rəhbəri Qriqol Vaşadze və parlamentin sabiq spikeri, uzun müddət Saakaşvilinin silahdaşı olmuş David Bakradze sayılır. Hətta hakim “Gürcü arzusu”nun özünün keçirdiyi sorğular və araşdırmaların nəticələrinə görə, seçkinin lideri Saakaşvilinin partiyasının rəhbəri Q.Vaşadzedir. Ona seçicilərin 25.8 faizinin, D.Bakradzeyə 15, S.Zurabişviliyə isə cəmi 12.8 faizinin səs verəcəyi gözlənilir. Bu rəqəmlər onu göstərir ki, fövqəladə bir hadisə baş verməsə, Gürcüstanın növbəti prezidenti Saakaşvilinin adamı olacaq.

1958-ci ildə Tbilisidə anadan olan Q.Vaşadze 1981-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq hüquq fakültəsini bitirib. 1981-1988-ci illərdə Sovet İttifaqının Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar şöbəsində, sonra isə Kosmos və Nüvə Silahları şöbəsində fəaliyyət göstərib. 1990-cı ildən 2008-ci ilə qədər Vaşadze bizneslə məşğul olub və qurduğu “Georgia Arts Management” və “Gregory Vashadze and BR” şirkətlərini idarə edib.

nino

Ancaq biznes sarıdan o, daha çox 1988-ci ildə ailə həyatı qurduğu məşhur balet ustasıNino Ananiaşvilinin meneceri kimi tanınıb. Həmçinin, çaxır istehsalı ilə məşğul olan Vaşadze hətta həyat yoldaşının adına çaxır buraxmağı planlaşdırıb. Lakin Gürcüstanda hakimiyyətə gələn Saakaşvili bütün dünyadan müəyyən uğurlara sahib olmuş həmvətənlərini ölkəyə çağırmağa başlayıb və onların arasında 2004-cü ildə ölkəyə qayıdan Vaşadzenin arvadı da olub. Gürcüstan Opera və Balet Teatrının truppasına rəhbər gətirilən məşhur balet ustası ilə yanaşı, onun əri Q.Vaşadze də Gürcüstana qayıdıb.

Saakaşvili ilə ailəvi dostluq münasibətləri olan və 2007-ci ildə prezidentin xüsusi fərmanı ilə Gürcüstan vətəndaşlığı verilən Q.Vaşadze, 2008-ci ilin əvvəlindən xarici işlər nazirinin müavini postunu tutub. Həmin ilin dekabr ayında isə artıq xarici işlər naziri kreslosuna əyləşən Vaşadze 2012-ci ilə qədər bu vəzifədə çalışıb. Sakaşvilinin 7 dil bilən poliqlot dostu Vaşadze, Rusiyanın 2008-ci ildə Gürcüstana təcavüzünü dünya arenasında ən kəskin formada qınayan siyasətçilərdən olub. Maraqlıdır ki, həmin dövrdə Vaşadze ikili vətəndaşlıq daşıyıb və yalnız 2009-cu ildə Rusiya vətəndaşlığından imtina məktubu yazaraq, onu pasportu ilə birgə çəxsən o vaxtkı prezident Dmitri Medvedevə göndərib…

Vaşadze Saakaşviliyə sədaqətini qoruyan siyasətçi kimi tanınmaqla yanaşı, 2017-ci ildə Saakaşvilinin partiyasından ayrılan əsas rəqibi D.Bakradzedən fərqli olaraq, prezident postuna ilk dəfə iddia edir. Belə ki, Bakradze 2013-cü ildə namizədliyini versə də, hazırki prezidentə uduzmuşdu.

bakrad

Beləliklə, oktyabrın 28-də keçiriləcək seçki simvolik bir vəzifə olan prezidentlik postunun sahibini təyin edəcək. Ancaq burada daha önəmli məqam gürcülərin Saakaşvilinin adamına səs verməklə, hazırki hakimiyyətə və sabiq prezidentə olan münasibətlərini ortaya qoyması və onun ölkənin siyasi həyatına aktiv formada qayıdışını təmin etməsidir. Elə təsadüfi deyil ki, seçki öncəsi müsahibəsində də indiki hakimiyyətin dayaqlarının sarsıldığına işarə vuran Q.Vaşadze deyib: “Altı il ərzində “Gürcüstan arzusu” bizim bütün layihələri dayandırdı, qiymətlər qalxdı, pensiyalar isə donduruldu. Ancaq biz hər şeyi inkişaf yoluna qaytaracağıq. “Gürcüstan arzusu” ilə vidalaşaraq, onu qorxulu yuxu kimi unudacağıq…”(azpolitika)

Cəlal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam