Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

NEOKON-YEVANGELİSTLƏRİN “KÜRD SEVGİSİ”NİN SİRRİ:İsrailin təhlükəsizliyini Türkiyəsiz necə təmin etməli? - ARAŞDIRMA

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 08.08. 2018

 

Prezident Ərdoğan çox haqlı olaraq “ABŞ-ın yevangelist, sionist anlayışla təhdidkar dildən istifadə etməsini qəbul etmək mümkün deyil” söylədikdən sonra bu yazını qələmə almağa qərar verdim.

Yenixeber.org: Çünki Vaşinqtonda jurnalistlik etdiyim illər boyunca bu strukturun addım-addım necə yarandığını və hakimiyyəti necə ələ keçirdiyini birbaşa gördüm, yaşadım. Əsas oyunçularının əhəmiyyətli bir hissəsini tanıyıram. Türkiyə haqqında nə düşündüklərini çox yaxşı bilirəm.

Prezident Ərdoğanın reaksiya verməsinə səbəb olan bu strukturun şifrələrini bu gün açacağam. Qısa tarixləri və önəmli şəxsləri haqqında məlumat verəcəyəm.

 

Hər şey “Qaranlıqlar şahzadəsi” ilə başladı

 

Bu gün yaranan və Prezident Ərdoğanın işarə etdiyi yevangelist-sioniststrukturun təməlində neokonlar dayanır.

Ölkəmizdə “Qaranlıqlar şahzadəsi” olaraq tanınan Riçard Perl (Richard Perl) Prezident Reyqan dövründə Müdafiə Nazirliyində qlobal strateji əlaqələrə cavabdeh nazir müavini kimi işə girişən zaman öz adamlarını, ilk öncə Pentaqondan başlayaraq, hakimiyyətin hər bir qurumuna yerləşdirdi.

Onları birləşdirən ideologiyanın ilkin məqsədi regionda İsrailin təhlükəsizliyini təmin edəcək strukturu qurmaqdır.

Pol Vulfoviç (Paul Wolfowitz) və Duq Feyt (Doug Feith) Perlin komandasının ulduzları idi. Onlar qədər tanınmayan bir çox neokonun ortaq xüsusiyyəti İsrail-ABŞ ikili vətəndaşlığına malik və qatı inanclı yəhudilər olmaları idi.

 

Xəritəni cızan neokon

 

Məsələn, bu neokon təşkilatlanması daxilində təsirli olan və Pentaqondakı Xüsusi Planlar İdarəsində (Office of Special Plans) işləyən, 1992-ci ildə mənə Suriya və İraqı əhatə edən “kürd xəritəsi”ni göstərən vəzifəli şəxs də eyni zamanda İsrail vətəndaşı idi.

Neokonların hədəfi kürd qurumunu İsrailin müdafiəsini təmin edəcək bir struktur olaraq yaratmaq və yerləşdirmək idi. O dövrdə də İran hədəfdə idi və bu strukturun İrana qarşı da istifadə edilməsi planlaşdırılırdı.

Xəritəni göstərən şəxs bu gün də Vaşinqtonda, lakin Pentaqondan kənarda aktiv çalışır.

Riçard Perl və Duq Feyt daha sonra Turqut Özal dövründə Türkiyə ilə yaxın əlaqələr qurdular.

İraq müharibəsi və muxtar kürd qurumunun yaradılması işi daim bu neokon dairələrin nəzarətində olub.

Bu qrupu ilk öncə Müdafiə naziri Donald Ramsfeld (Donald Rumsfeld) qoruma altına aldı. Daha sonra bu qorumanı vitse-prezident Dik Çeyniyə (Dick Cheney) təhvil verdi. Beləliklə, bu qrup ABŞ-ın qlobal terrorizmlə mübarizəsi və dərin dövlət təşkilatlanması daxilində də müəyyənedici mövqe tutdu.

Hazırda Ağ Evdə Milli təhlükəsizlik müşaviri kimi çalışan Con Bolton (John Bolton) da gənc yaşlarında onlarla əlaqə qurub və bu çevrəyə girib.

İlk illərdə yevangelistlər hələ ortada yox idi. Onlar daha sonra ortaya çıxaraq, Prezident Ərdoğanın işarə etdiyi bu günkü təhlükəli strukturun təməlini atdılar.

Mən, təxminən, 1992-ci ildə, burada işləyərkən Pentaqonda mənə xəritəni göstərən vəzifəli şəxslə və daha öncə Müdafiə Nazirliyində Türkiyə masası şefi olmuş polkovnik Maykl Maknamara (Michael Macnamara) ilə tez-tez danışırdım. O günlərdə Türkiyədə hakim olan iqtidar İsraillə yaxşı əlaqələr içində olduğundan, bunların Türkiyə ilə çox problemi yox idi. Xəritəsini cızdıqları kürd qurumunu gələcəkdə Türkiyə ilə bir problem yaşanarsa, İsrailin təhlükəsizliyi üçün ehtiyatda saxlamaq məqsədilə düşünürdülər.

Bu kürd qurumunun bu günlərdə güclü bir şəkildə ortaya çıxması da o dövrdə onların Türkiyə ilə “Gələcəkdə problem çıxa bilər” təxminlərinin reallaşması ilə bağlıdır.

Pentaqonda qurulan və neokonlara təslim edilən Xüsusi Planlar İdarəsi belə uzunmüddətli planlar qurmaq üçün idi və adını verdiyim şəxslər dövlət içində belə planlar qurmaq məsələsinə görə tanınan şəxslərdi.

 

Yevangelistlər gəlir

 

Yevangelistlərin ortaya çıxaraq, İsrail üçün bu neokonlarla ortaqlığa girmələrini tarixi də maraqlıdır.

1970-ci və 1980-ci illərdə ABŞ-da “teleyevangelistlər” adlandırılan bir cərəyan yarandı. Bunlar ümumiyyətlə “dərin cənub” deyilən və tamamilə ifrat mühafizəkar olan əyalətlərdə olan kilsələrindən 10 milyonlarca adam tərəfindən izlənən dini çıxışlar edərdilər. Onlar bu gün sayları 60-100 milyonarası təxmin edilən yevangelist seçici bazasını həmin günlərdə formalaşdırmağa başladılar.

Bu əyalətlərin senatorları da həmin günlərdə onlardan çox təsirlənirdilər.

Onların arasında yer alan Cessi Helms (Jesse Helms) o zamanlar çox önəmli şəxs idi.

Türkiyədə ev həbsində olan rahib Bransonun əyalətindən (Şimali Karolina – tərc.) senator seçilən Helms İsrailə səfərə getmişdi və ABŞ-a geri dönərkən tam bir yevangelist olmuşdu.

Helms eyni zamanda həmin dövrdə (1995-2001-ci illər – tərc.) Senatın Xarici əlaqələr komitəsinin rəhbəri də olduğuna görə, neokonlarla əməkdaşlığa başladı, ABŞ xarici siyasətinə yön verdi.

Bugünkü yevangelist-sionist əməkdaşlığının təməlləri belə atıldı.

Prezident Ərdoğanın, haqlı olaraq dediyi kimi, bu insanlar İsrailə olan düşkünlükləri və təkyönlü məhdud baxışları ilə Türkiyə-ABŞ münasibətlərini zəhərləyirlər.

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam