Yenixeber.org: Rusiya KİV-ləri bildirir ki, Xədicə Qutseriyeva ziyafətdə brilyant qaşlarla bəzədilmiş gümüşü paltar və nadir brilyantlarla bəzədilmiş “Graff” sırğaları ilə iştirak edib. Sırğanın 26 brillyant qaşla bəzədildiyi bildirilir. Bu cür sırğanı indiyədək ancaq Britaniya kral ailəsinin üzvləri və dünyanın ən zəngin adamları taxa bilərdi. Məlumatlara görə sırğanın qiyməti 600 min dollara yaxındır və Moskvada bu qiymətə iki-üç mənzil almaq olar.
Sosial şəbəkələrin rusiyalı istifadəçiləri Xədicənin sırğalarını geniş müzakirəyə çıxarıblar və onu ifrat dəbdəbəli həyat tərzinə görə qınayıblar. Lakin onun belə sırğalarının olmasını dəstəkləyənlər də tapılıb.
Əslində Qutseriyevin gəlinin 600 min dollarlıq sırğa taxması təəcüblü deyil. Bir halda ki, inquş milyarder 2016-cı ilin martında oğlu Səidlə Xədicəni evləndirəndə toya az qala 1 milyard dollar xərc çəkmişdi. Bu toyda dünya estradasının çoxsaylı ulduzları çıxış etmişdi və az qala bütün il boyu Rusiya maqazin mediasında müzakirə olunmuşdu.
Qutseriyevin özü də dəbdəbədən kənarda qalmır. Xəbərlərə görə o, mayın 19-da Moskvada 60 illik yubileyini qeyd etməyə hazırlaşır və bu münasibətlə böyük ziyafət təşkil edəcək. Ziyafətdə Qutseriyevi Rusiya şou-biznesinin ulduzları əyləndirəcək. Məşhur ispan müğənnisi Xulio İqlesias da yubilyarın şərəfinə oxumaq üçün Moskvaya gələcək.
Xatırladaq ki, Qutseriyevin offşor şirkəti “Global İnvestment Energu” 2008-ci ildə (sonradan bu şirkət “Naftis”in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik iki şirkətin səhmlərini alıb. Söhbət “Mişovdağ” və “Kəlaməddin” yataqlarının operatoru “Karasu Operating Companu”nin 85, “Padar” və “Harami” yataqlarının operatoru “Kura Valley Operating Companu”nin 80 faizlik aksiyalarından gedir. Səhmlərin qalanı ARDNŞ-in olub.
Həmin il ARDNŞ M.Qutseriyevin yaratdığı, öz strukturlarında “Abşeron Operating Companu Limited” (“Zığ” və “Hövsan” yataqlarını işləyir), “Karasu Operating Companu” (“Kəlamətdin” və “Mişovdağ”), “Kura Valey Operating Companu” (“Padar-Hərəmi”), “Neftçala İnvestments Limited” (“Neftçala”, “Xıllı”, “Durovdağ-Bazanan”), “Binagadi Oil Companu” (“Binəqədi”, “Qırmakı”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Fatmayı”, “Şabandağ” və “Sianşor”) şirkətlərini birləşdirən “Qlobal Enerji Azərbaycan Ltd.” ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.(Virtualaz)