Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Milyarderin qohumunu güllələdilər

 

Rusiyanın “Russneft” şirkətinin sahibi, Azərbaycanda da iri neft aktivlərinə sahib olan Mixail Qutseriyevin qohumu Alixan Qutseriyev Moskvada güllələnib.

Xeberinfo.com:   Məlumata görə, bu haqda Moskva şəhər daxili işlər idarəsindən bildiriblər.

“Bu gün səhər saat 10 radələrində Lobaçvski küçəsində bir nəfərin odlu silahla yaralandığı haqda məlumat daxil olub. İstintaq tədbirləri aparılır”-idarədən bildirilib.

“Moskovskiy komsomolets” isə xəbər verir ki, insident saat 9.00-da baş verib. Əvvəlcə təcili yardım xidmətinə bir nəfərin boğulması barədə məlumat daxil olub. Lakin aydınlaşdırılıb ki, 44 yaşlı Alixan Qutseriyev başından və çiynindən güllə yarası alıb.

O, “Bin” şirkətlər qrupunun sahibi Mixail Qutseriyevin qohumudur və “Bin-bank”ın səhmdarıdır.

Xatırladaq ki, bu yaxınlarda Qutseriyev Moskvada oğluna olduqca dəbdəbəli toy edib. Toya dünyanın məşhur pop-ulduzları dəvət olunub. Qutseriyevin oğlunun toyu günlərlə mətbuatda müzakirə edilib. Qutseriyev Azərbaycanda bir sıra quru yataqlarının istismarını həyata keçirən “Global Energy” şirkətinin də sahibidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam