Bir çoxları ali təhsilin həddindən artıq önəmli olduğunu düşünür. Hər il ali məktəblərə qəbul imtahanı öncəsi ailələr abituriyentlərə təzyiq göstərir, “Oxu ki, böyük adam ola biləsən” deyirlər.

Yenixeber.org: Təhsil nə qədər vacib olsa da, insanın özünü inkişaf etdirməsi də bir o qədər önəmlidir. Tarix ali məktəbdə oxumasa da uğur qazanmış, yeniliklərə səbəb olmuş, çalışdığı sahədə öz sözünü demiş məşhurların uğur hekayələri ilə zəngidir.

Minval.info təhsil almayan və ya təhsilini yarıda saxlamağa məcbur olmuşuq  və bacarığı ilə yaxşı yerlərə gəlmiş məşhurlar barədə məlumat verir:

Conni Depp

johnny depp ile ilgili görsel sonucu

Bir çox rolun öhdəsindən ustalıqla gələn məşhur Hollivud aktyorunun nəyinki ali təhsil almaq, heç məktəbi belə bitirə bilmədiyindən çox az tamaşaçı xəbərdardır. Dep hazırda məktəb təhsilinin heç də keyfiyyətli olmadığını, şagirdlərin lazımi səviyyədə yetişdirilmədiyini bildirib. Beləliklə, Dep təhsilini yarımçıq qoyduğu üçün məyus olmur və bu onun dünyaca məşhur aktyor olmasına əngəl deyil. Conninin 15 yaşında məktəbi tərk etməsinə səbəb isə rok musiqiçisi olmaq arzusu idi.

Cim Kerri

jim carrey ile ilgili görsel sonucu

Yaşayan əfsanə Cim Keri isə məktəbi öz arzularının ardınca qaçmaq üçün deyil, maddi vəziyyəti pis olan ailəsinə kömək etmək üçün tərk edib. Anasının psixoloji problemləri olan Kerrinin atası işsiz qalıb və 16 yaşında məktəbi tərk edib ailəsinə baxmaq üçün çalışmağa başlayıb. Daha sonra şoularda çıxış etməyə başlayan Cim Kerri öz istedadı, qeyri-adi hərəkətləri, üz mimikası ilə tezliklə məşhurlaşıb.

Ledi Qaqa

ledi qaqa ile ilgili görsel sonucu

Hər zaman qeyri-adi layihələri, geyimi və saç düzümləri ilə diqqət çəkən Ledi Qaqa da xəyalları üçün təhsildən imtina edib. Qadın monastır məktəbinin tələbəsi olan Ledi Qaqa müğənni olmaq istədiyi üçün orta təhsilini yarıda qoyub xəyallarının ardınca düşüb. İndi o dünyanın ən məşhur xanım müğənnisi olmaqla yanaşı, ən varlı ulduzlarından da biridir.

Bill Geyts

bill gates ile ilgili görsel sonucu

Yəqin ki, universitet təhsili almadan, müəyyən bir sahə üzrə ixtisaslaşmaq istəyənlərin ən böyük kumiri Bill Geytsdir. 13 yaşından proqramlaşdırmanı öyrənən Microsoftun yaradıcısı əslində nüfuzlu Harvard Universitetinə qəbul olub. Ancaq kodlaşdırma və proqramlaşdırma sahəsinə özünü həsr edən Bill Geyts universitet üçün vaxt tapmayıb və 2 il sonra buranı tərk edib. Ancaq Bill Geyts artıq öz texnologiya imperiyasını qurduqdan sonra, nəhayət 2007-ci ildə təhsilini davam etdirərək, Harvard diplomuna sahib olub.

Stiv Cobs

steve jobs ile ilgili görsel sonucu

Öz uğur hekayəsi ilə yüzlərlə gəncə ilham vermiş “Apple” yaradıcısı Stiv Cobsun həyatı əvvəlcə gətirməyib. Anası tələbə olduğu üçün körpə Stivi doğulduqdan 1 həftə sonra uşaq evinə atıb. Daha sonra bizneslə məşğul olan Cobs ailəsi tərəfindən övladlığa götürülən Stiv universitetdə sadəcə 1 semester oxuyub və mənəvi kamillik qazanmaq üçün Hindistana səfər edib və yerli xalqın dini inanclarının təsirində olub. 1976-cı ildə “Apple” şirkətini yaradıb və beləliklə, heç bir universitet təhsilinə ehtiyac duymayan ağlı onu böyük bir biznesmenə çevirib.

Dövlət xadimləri

corc vaşinqton ile ilgili görsel sonucu

Prezident olmaq üçün nə tələb olunur? Təkcə ali təhsil, yoxsa iti düşünmə qabiliyyəti, liderlik bacarığı, uzaqgörənlik və başqa bir çox təbii istedad? Amerika Birləşmiş Ştatlarına prezidentlik etmiş Corc Vaşinqton, Abraham Linkoln, Heri Truman nəyinki universitet auditoriyasında əyləşmək, heç orta məktəbi belə bitirməyiblər. II Dünya müharibəsi dövründə İngiltərənin Baş naziri olan və yazıçı kimi Ədəbiyyat üzrə Nobel mükafatı lauriyyatı Uinson Çörçil də təhsilini yarımçıq qoyub. Çörçil 2002-ci ildə keçirilmiş sorğunun nəticəsinə əsasən bütün dövrlərin ən dahi britaniyalısı seçilib.

Türkan Şoray

Türkan Şoray ile ilgili görsel sonucu

Türkiyənin çox sevilən aktrisası Türkan Şoray da universitetə yollanmayan məşhurlardandır. Orta məktəbdə oxuduğu dövrdə filmlərdə rol almağa başlayan Türkan Şoray  ulduzu parladıqdan sonra “Yeşilçam” filmlərinin sevimlisinə çevrilib və ali təhsilə ehtiyac duymayıb.

Ancelina Coli

Ä°lgili resim

Nə qədər təəccüblü olsa da hazırda dünyanın ən cazibədar qadınlarından biri olan Ancelina Coliyə məktəbdə eybəcər və müqəvva ləqəbi qoymuşdular. Səbəb aktrisanın məktəb illərində çox arıq, uzun və çəlimsiz olması idi. Yoldaşlarının qəribə baxışlarından, ondan uzaq gəzmələrindən təngə gələn Ancelina məktəbi tərk edib və bir daha təhsil almaq fikrinə düşməyib.(minval)

Dəniz