Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ZİYA MƏMƏDOVUN BROYLERİ DƏ ƏLİNDƏN ALINDI!– “Pasha Holding”ə keçib

 

ziya

Yenixeber.org: Ucar rayonunda yerləşən broyler şirkəti “Lu-Mun Holding” MMC-yə keçib. Əvvəllər “Qarant Aqro” şirkətlər qrupunun adını daşıyan şirkətin adı da dəyişdirilib. Azadlıq.info-nun məlumatına görə, “Lu-Mun Holding” şirkəti haqqında yalnız o məlumdur ki, ofisi “Port Baku Towers” biznes mərkəzində yerləşir. Şirkətin reyestr məlumatları bilinmir. Qanunvericiliyin tələblərinə zidd olaraq, onu ictimaiyyətdən gizlədirlər.

AzPolitika.info xatırladır ki, “Garant Aqro” MMC-nin hələ ötən ilin ortaları Məmmədovlardan alındığı xəbəri yayılsa da, yeni sahibinin kimliyi bilinmirdi. Həmin vaxt Rüfət Məmmədzadə “Garant Aqro” MMC-nin baş direktoru vəzifəsini tərk etmiş, müəssisədə kütləvi istefalar yaşanmışdı.

İndi isə “Garant Aqro” MMC “Azerbaijan Poultry Company” adlanır. Şirkətin nizamnamə kapitalı 17,5 milyondan 20,3 milyon manatadək artırılıb. Direktoru Məmməd Nəzərəliyevdir.

Eyni zamanda şirkətin garantaqro.az saytı deaktiv edilib və məlumatlar yeni apc.az-a köçürülüb.

Marja.az-ın məlumatına görə, Azərbaycanın Ucar rayonunda yerləşən, “Mərcan” ticarət markası ilə toyuq məhsulları istehsal edən və “Garant Holding” şirkətlər qrupuna daxil “Ucar Aqro” MMC-nin “Quş əti emalı müəssisəsi”nin illik istehsal gücü 17,000,000 tondur (canlı çəki), kəsim gücü isə 6,000 toyuq/saat təşkil edir.

1458274615_0001

Müəssisə “Garant Holding” şirkətləri qrupu tərəfindən 2012-ci ildə yaradılıb və tikinti və avadanlıqlarına 28.4 milyon manat sərmayə qoyulub. Bunun 10 milyon manatı Sahibkarlığa Kömək Milli Fondundan götürülüb.

“Garant Holding” MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə məxsus olub. 2005-ci ildən 2013-cu ilə qədər “ZQAN Holdinq” adı ilə fəaliyyət göstərən Məmmədovların biznes imperiyası “Garant-Holdinğ”ə çevriləndən sonra təsir imkanlarını daha da artırmışdı. “Garant Holdinq”in tərkibinə 17 yerli şirkət daxil idi. Bunlar “Qarant Sığorta” ASC, “Azbentonit” MMC, “Royal İsteyt” MMC, “Qarant Tour” MMC , “English Yard” MMC, “Quba Olimpiya Kompleksi” MMC, “Avto-Media” MMC, “Ucar Aqro” MMC, “M.Trans” MMC, “Ameritex” MMC, “Transevrokom” MMC, “ Zqan konstrakşn” MMC, “Turbo.az” MMC, “Qarant Sığorta Agenti” MMC, “Quba Resort” MMC, “AFK” MMC, “Delfin” MMC və “Goranboy Gips” ASC-dir…

Ancaq Z.Məmmədovun “ulduzunun sönməsindən” sonra onun ailə biznes imperiyası da sürətlə çöküb, bir çox aktivləri əlindən alınıb. “Garant Holding”in baş ofisinin qapısına qıfıl vurulub. Oğlu Anar Məmmədov isə xeyli vaxtdır ölkəni tərk edib.

1496832391_1496827749_01-41-kopiya

Xatırladaq ki2017-ci ildə “PAŞA Bank» ASC «Garant İnşaat Sənaye» MMC-yə (əvvəlki «Azbentonit» sement və tikinti qatqıları zavodu), «Garant Holding» MMC-yə, «Azpod» MMC-yə və sabiq nazirin oğlu Anar Məmmədovun özünə qarşı iddia qaldırmışdı. Söhbət 1 milyon 141 min 203 manat borcdan gedirdi. Abşeron Rayon Məhkəməsi Məmmədovlara məxsus bir neçə əmlaka («Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə yerləşən müəssisə (eyni zamanda əmlak kompleksi), «Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A» ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki “Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25 V, giriş 5″ ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsi) həbs qoymuşdu. Sonradan A.Məmmədovun borcu ödədiyi və həbs qərarının ləğv olunduğu xəbəri yayıldı.

Ancaq bəzi mənbələr Məmmədovların qeyd olunan şirkətləri, o cümlədən «Garant Holding»i “dinməz-söyləməz” dövr etməyə razılaşdıqları üçün məhkəmə qərarlarına da ehtiyac qalmadığını bildirirlər.

Image result for “Garant Holdinq”

Hər halda Məmmədovların ailə biznesinə daxil olan bir çox  şirkətlərin artıq onların nəzarətində olmadığı məlumdur. Bu baxımdan “Garant Aqro” nun da, “Garant Holding”in yeni sahiblərinin nəzarətinə keçdiyi istisna deyil. Təsadüfi deyil ki, “Port Baku Towers” biznes mərkəzi də “Paşa Holdinq”in mülkiyyətidir.

Onu da qeyd edək ki, “Garant Holding” şirkətlər qrupuna daxil olan, əvəllər Məmmədovlara məxsus “RIXOS Quba” mehmanxanasının da adı dəyişdirilib. 2018-ci il aprelin 1-indən otel “Quba Palace” adı ilə öz qonaqlarını qəbul edəcək.(azpolitika)

Murad


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam