Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

RUSİYA ERMƏNİSTANA RAKET KOMPLEKSLƏRİ VERİR –Azərbaycanla sərhəddə yerləşdiriləcək

 

putin-sargsyan_army

Ermənistanda nəşr edilən “Jamanax” qəzeti iddia edir ki, Rusiya bu ölkəyə üçüncü güzəştli silah krediti ayırmağa hazırlaşır. Və bu kredit hesabına Ermənistana “İsgəndər” operativ-taktiki raketlərinin iri partiyası veriləcək.

Yenixeber.org: Bundan əvvəl Rusiya Ermənistana silah alınması üçün 200 milyon dollar güzəştli kredit ayırıb. Həmin kredit üzrə nəzərdə tutulan silahların çoxu artıq çatdırılıb. Bunun ardınca isə Rusiya Ermənistana daha 100 milyon dollar güzəştli silah krediti ayırıb. Həmin kredit hesabına hansı silahların alınacağı məlum deyil.

Qəzet iddia edir ki, üçüncü kredit əvvəlkilərdən fərqli olaraq tamamilə faizsiz olacaq və onun hesabına Ermənistan “İsgəndər” raket komplekslərinin böyük partiyasını əldə edəcək. Həmin raketlər Azərbaycanda strateji təyinatlı infrastrukturu hədəf alacaq.

Erməni qəzetinin iddiasına görə Rusiyanın Ermənistana bu hərbi dəstəyi Azərbaycanın silah təchizatını şaxələndirməsinə, Türkiyə, Ukrayna, Belarus, Pakistan, İsrail kimi ölkələrdən də silahlar almasına cavabdır.

 

Lakin qəzet bu iddianı hansı mənbəyə əsaslandırdığını açıqlamır. Ümumiyyətlə “Jamanax” qəzeti vaxtaşırı olaraq “məlumatlı mənbələrə” istinad edib bir çox “sensasiyalı” xəbərlər yayır. Yaxud Ermənistan hakimiyyəti özünə lazım olan dezinformasiyaları bu qəzet vasitəsilə sızdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam