Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İKİNCİ SOYUQ MÜHARİBƏ –Eyni müttəfiqlər Rusiyanı necə diz çökdürəcək?

 

d

Soyuq müharibə qırx il davam etdi və bir çox səbəbə görə o, Berlində başladı və Berlində sona çatdı. Yaxşı ki, nüvə silahları sayəsində bu müharibə soyuq qaldı; Birləşmiş Ştatlar avropalı və asiyalı müttəfiqləri ilə birlikdə, davamlı siyasi, iqtisadi və hərbi səbatla bu rəqabətdə qalib gəldi; Sovet İttifaqı mövcud şərtlərə uyğunlaşa bilmədi.

Yenixeber.org: Dörddə bir əsr sonra gözlənilmədən İkinci Soyuq müharibəyə cəlb olunduq. Həm fərqli, həm də tanış savaşa. Rusiya artıq super güc deyil, əksinə, o, iqtisadiyyatı neft və qazın qiymətindən asılı və dünyaya təqdim etməyə heç bir siyasi ideologiyası olmayan 145 milyon insanın yaşadığı ölkədir. Hətta iki ən böyük nüvə silahlı dövlətdən biri, BMT Təhlükəsizlik Şurasında daimi üzvü kimi qalsa da, dostlarını dəstəkləmək, qonşuları və düşmənlərini zəiflətmək üçün hərbi, energetik və kiber imkanlardan istifadə etməyə hazır olsa da…

Bu vəziyyət labüd idi. Soyuq müharibənin sona çatması ilə Rusiyanın ABŞ və Avropa ilə əlaqələrinin yeni dövrə qədəm qoyacağı gözlənilirdi. Köhnə kommunist Rusiyanın iqtisadi və siyasi inkişafa yönələcəyi də çox düşünülürdü.

Rusiya uzun müddət müştərisi olmuş İraqın arxasında durmadan, Səddam Hüseynin Küveyti işğal etdiyi dövrdə ABŞ-la əməkdaşlıq edirdi, münasibətlərdə yaxşı bir başlanğıca vardı.

Xoş məram davam etmədi. “Niyə?” sualının tarixçilər arasında müzakirəsi onilliklərlə davam edə bilər.

Bəzi müşahidəçilər ABŞ prezidentlərini günahlandırırlar. Rusiyaya davamlı iqtisadi dəstəyin yoxluğu, Rusiya ilə potensial rəqib kimi davranılması və NATO-nun genişlənməsi nəticəsində onun da Bloka qoşulacağı gözlənilirdi. 1990-cı illərdə Rusiya bazar iqtisadiyyatına ağrılı keçid etdikdə, ABŞ daha səxavətli ola bilər və olmalı idi. NATO genişlənməsi əvəzinə, Rusiyanı da əhatə edəcək Avropa üçün digər təhlükəsizlik tədbirlərinə üstünlük verilməliydi.

Bununla belə, İkinci Soyuq müharibənin ortaya çıxmasında təqsirin böyük payı Rusiyanın, başlıcası isə Vladimir Putinin boynuna düşür. Sələflərinin bir çoxu kimi, Putin də ABŞ-ın dominant olduğu dünya nizamını öz hakimiyyətinə və ölkəsinə təhlükə kimi qiymətləndirdi.

Son illərdə Rusiya sərhədlərin silahlı qüvvə ilə dəyişdirilə bilməyəcəyini irəli sürüb. Krımın işğalı və ilhaqı ilə o, beynəlxalq hüququn təməl prinsipini pozub. Putin Şərqi Ukraynanı, Gürcüstanı və Balkanların bir qismini qeyri-sabitləşdirmək üçün hərbi və ya gizli vasitələrdən istifadə etməyə davam edir. Rusiya, xüsusilə Bəşər Əsədin mənfur rejimini dəstəkləmək üçün Suriyada hərbi qüvvələrdən sərt şəkildə yararlanıb.

ABŞ-ın xüsusi müşaviri Robert Möllerin sözlərinə görə, 2016-cı il prezident seçkiləri də daxil olmaqla, ABŞ-ın siyasi və seçki proseslərinə müdaxilə etmək məqsədilə, Rusiya geniş həcmdə “fırıldaqçılıq və aldadıcılıq” həyata keçirib. Birləşmiş Ştatların kəşfiyyat agentlikləri hazırkı və noyabr ayında Konqresə keçiriləcək aralıq seçkilərində də bu cür səyləri gözlədiklərini açıqlayıblar.

Rusiya revizionist bir ölkə halına gəldikdə, status-kvonu ləğv etmək üçün hər hansı bir zərurət yarandıqda, Avropanın müdafiəsini qorumaq və Ukraynanı ölümcül silahlarla təmin etmək çox vacibdir. ABŞ səsvermə maşınlarının həssaslığını azaltmaqdan, texnologiya firmalarının xarici dövlətlərin ABŞ siyasətinə təsir göstərməsinə mane olmaq üçün daha çox nə edilməlidir?

Birincisi, amerikalılar müdafiənin kifayət qədər olmadığını bilməlidirlər. Konqres əlavə sanksiyalar tətbiq etmək hüququna malikdir və Donald Trampın artıq Konqresin qəbul etdiyi sanksiyaların tətbiqindən imtinası səhvdir.

tramp_putin

ABŞ hökuməti də öz səsini ucaltmalı, rəqiblərini həbs edən və jurnalistləri qətlə yetirən rus rejimini tənqid etməlidir. Əgər Tramp nə olursa-olsun, Rusiyaya can yandırmağa davam edirsə, Konqres, media, fondlar və alimlər Putinin hakimiyyətini xarakterizə edən korrupsiyanı ictimaiyyətə açıqlamalıdır. Belə məlumatların yayılması Putinə daxili müxalifəti gücləndirə bilər, onun ABŞ və Avropa siyasətinə müdaxiləsini dayandırar və vaxt keçdikcə Rusiyada daha məsuliyyətli olar.

Eyni zamanda, məqsəd ABŞ-Rusiya münasibətlərinin bundan da azalması deyil, indi bu əlaqələr ilk Soyuq müharibə dövründəkindən daha pis vəziyyətdir. Mümkündürsə, diplomatik əməkdaşlıq yolları axtarılmalıdır.

Etnik rusların orada cəzalandırılmayacağına əmin olduqda, Rusiyanın Şərqi Ukraynaya müdaxiləsini dayandırmaq istəyi ola bilər. Eyni şəkildə, Kremlin Suriyadakı müdaxilənin xərcini artırmağa marağı görünmür. Oxşar şəkildə Şimali Koreyaya qarşı sanksiyaların gücləndirilməsi üçün Rusiyanın dəstəyi lazımdır. Silahlanma əleyhinə tədbirlərin davam etdirilməsi və yeni nüvə silahı yarışından yayınma hər iki ölkənin maraqlarına uyğun olacaq.

Beləliklə, müntəzəm diplomatik görüşlər, mədəni və akademik mübadilələr və Konqres nümayəndə heyətlərinin Rusiyaya səfərləri Kremlə meyllənmə deyil, əksinə, əksər amerikalıların Rusiya ilə daha normal münasibətlərə açıq olduğunu göstərmək üçün bir vasitədir.

ABŞ və tərəfdaşları çəkindirmədə böyük imkana malikdir, amma Putin hakimiyyətdə qalır və onun gedişindən sonra Rusiya fərqli ölkə olacaq. (Tərcümə: strateq)

Riçard Haas
“Project Syndicate”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam