Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Sanksiya siyahısı yayıldı:məmurlar, prezidentə yaxın oliqarxlar, əksər banklar...

 

ABŞ-da prezident Donald Trampın Rusiya rəhbərliyinə yaxın olan yüksək rütbəli şəxslərin sanksiya tətbiq edilməsi məqsədi ilə siyahısının tərtib edilməsinə dair fərmanının icrası üçün ayrılmış müddət bitir. Siyahı Konqresə yanvarın 29-dan gec olmayaraq təqdim edilməlidir.

Yenixeber.org:“Kreml hesabatı” adlı bu siyahının detalları gizli saxlanılır. Ancaq “Kommersant” qəzetinin Vaşinqtondakı mənbələri təsdiq edirlər ki, siyahıda 50-dən çox yüksək rütbəli məmurun və oliqarxın, habelə onların ailə üzvlərinin adları yer alır. Siyahıda cəmi 300-ə qədər ad var. Lakin mənbələr konkret adlar deməyiblər.

Bu siyahı Rusiya oliqarxlarını möhkəm təşvişə salıb. Çünki onlara qarşı bank hesablarının və aktivlərinin də dondurulması daxil olmaqla sanksiyaların tətbiqi gözlənilir. Nəticədə rusiyalı oliqarxlar tələm-tələsik özlərinə vəkillər tutur, Vaşinqtondakı lobbiçilərin xidmətlərinə baş vururlar.

Bəziləri isə Putindən uzaq durmağa çalışırlar. “Reuters” agentliyi bu günlərdə xəbər vermişdi ki, iri oliqarxlardan biri amerikalıların diqqətini cəlb etməmək üçün son vaxtlar prezident Putinin iştirak etdiyi publik mərasimlərdə iştirak etməməyə çalışır.

Konqresin qəbul etdiyi və Trampın könülsüz də olsa təsdiqlədiyi sanksiya qanununa əsasən Maliyyə Nazirliyi Milli Kəşfiyyat Agentliyi və Dövlət Departamenti ilə birlikdə Rusiyanın Kremlə bağlı iri sahibkarlarının və siyasi fiqurlarının siyahısını, onların gəlirlərinin həcmini, şəxsi sərvətləri barədə məlumatları, o cümlədən yaxın qohumları və ailə üzvləri ilə bağlı məlumatları, xarici şirkətlərlə işgüzar münasibətləri barədə dosyeni 6 ay ərzində hazırlayıb Konqresə təqdim etməlidir.

“Kommersant”ın dosyenin artıq hazır olduğu barədə məlumatının ardınca rusiyalı siyasətçi Oleq Mitvol həmin siyahını artıq əldə etdiyini bildirib. “Dojd” telekanalının məlumatına görə Mitvol siyahının ona “xarici siyasət dairələrindən” ötürüldüyünü deyib. Siyasətçi vəziyyətdən narahat olduğunu bildirir, çünki “Sberbank”da əmanəti var və həmin bank da siyahıda yer alır.

Mitvol iddia edir ki, onun əlinə keçmiş siyahı son variant deyil və təxminən bir həftə əvvəl hazırlanıb. Ona görə də siyahıda dəyişikliklər edilə bilər. Mitvolun sözlərinə görə, siyahıda cəmi 568 şəxsin adı var. Onların əksəriyyəti Rusiyanın VTB, “Sberbank”, “Bank Moskva”, “Vneşekonombank” kimi iri banklarında rəhbər vəzifələr tuturlar. Habelə siyahıda səhmləri dövlətə məxsus olan bir çox qaz şirkətlərinin, o cümlədən “Rosneft”in və “Qazprom”un törəmə şirkətlərinin adları yer alır. Müdafiə sənayesi ilə bağlı şirkətlər, o cümlədən “Rosoboroneksport” da siyahıdadır.

Fiziki şəxslər arasında isə Putinə yaxın oliqarxlar yer alır. Məsələn, Putinin köhnə dostu hesab edilən Pyotr Kolbin, biznesmenlər Arkadi, Boris və Roman Rotenberglər,, Kovalçuk qardaşları siyahıdadır. Siyahıda xeyli məmur da var. Bunların arasında baş nazirin müavinləri Dmitri Roqozin və Dmitri Kozak, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Federasiya Şurasının sədri Valentina Matviyenko və digərləri yer alır.

Putinin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-ın sanksiyalarına qərar təsdiqlənəndən sonra adekvat cavab veriləcək.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam