Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SANKSİYA ZƏRBƏSİ…-ABŞ-ın qalmaqalı "Kreml hesabatı"na düşən məmur və oliqarxları nə gözləyir?

Yenixeber.org: Bir neçə gündür dünya mediasında müzakirə  olunan "Kreml hesabatı" nəhayət ki, dünən ABŞ Maliyyə Nazirliyi tərəfindən Konqresə təqdim edildi. Düzdür, hələlik sənədin əsas hissəsi qapalı saxlanılır. Bununla belə, ABŞ hökuməti hesabatın ictimaiyyətə açıqlanan hissəsində kimləri cəzadandırmaq niyyətində olduğunu açıq şəkildə göstərib. 

Xarici mətbuata istinadən ABŞ administrasiyasının "Kreml hesabatı"yla bağlı təfərrüatları təqdim etməyə çalışacağıq.

 

Yeni sanksiya siyahısına Rusiyadan olan 210 nəfərin adı daxil edilib. Onların arasında dövlət rəsmiləri, iş adamları, sərvəti 1 milyard və daha artıq olan,"Forbes"in siyahısında yer alan zənginlər var. 210 nəfərdən 114 siyasi xadim, 96-sı zəngin iş adamıdır(Alişer Usmanov, Roman Abromoviç, Süleyman Kərimov, Yevgeni Kasperski, Mixail Proxorov, Arkadi və Boris Rotenberqlər, Gennadi Timçenko, Oleq Tinkov və s.).

Ekspertlər deyir ki, iş adamlarının arasında Yelena Baturina, Dmitriy Rıbolovlev, Yuri Milner, Oleq Tinkov kimi şəxslərin adı keçir ki, onların hakim rejimə hər hansı yaxınlığı yoxdur. Və iqtisadi maraqları əsasən Qərbə yönəlib. Böyük ehtimalla, onların siyahıya düşmə səbəbi sərvətlərinin həcmi ilə bağlıdır.

Sənəddə 19 dövlət müəssisəsinin («Qazprom», «Rosneft», Sberbank, Rusiya Dəmir Yolları, VTB, «Rostex», «Rosseti», «İnter RAO», «Rosatom», «Transneft», Qazprombank, «Tatneft», «Aeroflot», «Başneft», OAK, «RusQidro», VEB, ALROSA, Sakhalin Energy) rəhbərləri də var. 

Sənədin ictimaiyyətə açıq olan hissəsində deyilir ki, ABŞ administrasiyası hesabatın hazırlanmasında Dövlət Departamenti və ölkənin kəşfiyyat orqanları ilə əməkdaşlıq edib. Və Maliyyə Nazirliyi əlavə sanksiyalar barədə qərar verəndə sənədin qapalı hissəsində yer alan bilgilər daxil olmaqla etibarlı mənbələrə əsaslanacaq.  

 

Dmitri Peskov

Dörd hissədən ibarət olan "Kreml hesabatı"nın 1-ci hissəsinə Rusiya Prezident Administrasiyasının 43 əməkdaşının, o cümlədən PA rəhbəri Anton Vayno, Putinin mətbuat katibi Dmitri Peskovun adı salınıb. 

İkinci hissədə Rusiya baş naziri, onun müavinləri başda olmaqla Nazirlər Kabinetinin bütün üzvlərinin (30 nazir) adları keçir. 

"Yüksək rütbəli digər siyasi xadimlər" başlıqlı üçüncü hissəyə Dövlət Dumasının sədri Vyaçeslav Volodinin, Federasiya Şurasının rəhbəri Valentin Matvienkonun, Moskva meri Sergey Sobyaninin, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun, "Sberbank"ın müdiri German Qrefin, VTB-nin rəhbəri Andrey Kostinin, Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerovun adı daxil edilib. 

Dördüncü hissədə rusiyalı biznesmenlərdən bəhs olunur. Onlar adları  "Forbes"in siyahılarına düşən milyarderlərdir. 

Siyahıya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aleksey Kudrinin, "Rosnano"nun rəhbəri Anatoli Çubaysın, Mərkəzi Bankın sədri Elvira Nabiullinanın,  Hesablama Palatasının sədri Tatyana  Qolikovanın adı salınmayıb. 

Hesabatda Volodin, Matvienko kimi, bundan əvvəl də sanksiyalara məruz qalanların adı var, German Qref, Andrey Kostin kimi, ilk dəfə "qara siyahıya" düşənlər də.  

ABŞ-ın konkret şəxslərə tətbiq etdiyi sanksiyalar Birləşmiş Ştatlara səfər etməyi qadağan edir.  Və bu şəxslərin ABŞ ərazisindəki aktivlərinin dondurulmasını nəzərdə tutur.  

 

Donald Tramp

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların dərhal tətbiqinə qarşı çıxıb. Bu da sanksiya təhlükəsini müvəqqəti də olsa, uzaqlaşdırır. Bu sənəd Trampın Rusiya əleyhinə addım atması üçün test sayılır.  

Hesabatın açıq hissəsində Putinin yaxın ətrafından heç kimin adı yer almır. Məsələn, biznesmen  Pyotr Kolbinin, həmçinin Rusiya prezidentinin köhnə tanışı, Kremlə yaxın olan sahibkar, "Konkord" şirkətinin rəhbəri   Yevgeni Priqojinin. KİV-də Priqojini "Putinin aşpazı" adlandırırlar. Onun rəhbəri olduğu şirkət Kremli və Rusiya məktəblərini qida məhsulları ilə təmin edir. Ola bilsin ki, onların adları hesabatın qapalı hissəsində yer alıb.

Prezident Tramp tərəfindən ötən ilin avqustunda imzalanan qanunda deyilirdi ki, məlum hesabatda təkcə Putinə yaxın olan biznesmenlər haqda yox, həm də onların ailələri, yaxınları barədə məlumatlar yer almalıdır. Söhbət, bu şəxslərin aktvləri, sərmayələri, biznes maraqlarından gedir.

ABŞ-ın aparıcı ekspertləri hesabat müəlliflərinə təklif etmişdilər ki, sənədə Rusiya hakimiyyətinə yaxın olan biznesmenlərin uşaqları da daxil edilsin. "Kreml hesabatı"nın hazırlanmasında iştirak edən ekspertlərdən Andres Oslund bildirib ki, insanların Putinə yaxın olmaq istəməməsi üçün stimullar olmalıdır. 

 

Dmitri Medvedev

Artıq prezident Putin başda olmaqla Rusiyanın bir çox hökumət rəsmisi "Kreml hesabatı"nı sərt tənqid edib. Putin adının siyahıya düşməməsini kinayəli şəkildə "üzücü" adlandırıb və Rusiya rəsmilərini, oliqarxlarını bu siyahıya əhəmiyyət verməməyə çağırıb: "Rusiya daxili məsələlərlə məşğul olmalıdır. İt hürər, karvan keçər".

Baş nazir Dmitri Medvedev də sənəd müəlliflərini sərt tənqid edərək bu cür siyahıların Rusiya-ABŞ münasibətlərini zəhərlədiyini deyib.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə bildirib ki, ABŞ-ın yeni sanksiyalara hazırlaşması Rusiyanın daxili siyasətinə növbəti müdaxilə cəhdidir. Onun fikrincə, bu sanksiyalar ABŞ vətəndaşlarına da təsir edir və nəticədə sıravi insanlar ABŞ elitasının ambisiyasının girovuna çevrilirlər.Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam